Yuxarı

Nərminin qətli ilə bağlı sensasion səs yazısı: Qatil odur

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nərminin qətli ilə bağlı sensasion səs yazısı:

Tovuz rayonunun Dondar-Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı Yutubda səs yazısı yayılıb.

Axar.az Report-a istinadən xəbər verir ki, səs yazısında naməlum şəxs N.Quliyevanın ölümündə təqsirləndirilən İlkin Süleymanovun günahsız olduğunu qeyd edib.

Həmin şəxs iddia edir ki, N.Quliyevanı onun həmkəndlisi M.M. (məlumat təsdiqini tapmadığı üçün ad, soy adı şərtidir) öldürüb.

Onun iddiasına görə, M.M.-in qardaşı və yeznəsi hüquq-mühafizə orqanlarında çalışır:

“Həmin şəxs Nərmin Quliyevanın qonşusudur. Bunu kənddə hər kəs bilir. Onun VAZ-2107 markalı avtomobili var. İlkin Süleymanovu yalandan həbs ediblər, o, günahsızdır”.

Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, “qeyd edilən audioyazı tərəfimizdən istintaq-əməliyyat qrupuna təqdim edilib”.

Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva ötən il noyabrın 21-də itkin düşüb, onun meyiti yanvarın 6-da yandırılmış halda tapılıb.

Rəsmi məlumata görə, yanvarın 10-da hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. O, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.

Tarix
2020.02.05 / 13:33
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və BƏƏ-nin HHQ komandanları görüşdü

Parisdə polis bir kanakı amansızcasına döydü - Video

Dövlət əleyhinə çağırışlar yayan 7 türkiyəli axtarışa verildi

Arda Gülərin bu hərəkəti İspaniyanı qarışdırdı - Foto

İƏT Azərbaycanla bağlı 4 qətnaməni yenilədi

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla