Yuxarı

Qanunsuz ov edənlər cərimələndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qanunsuz ov edənlər cərimələndi

Ölkə ərazisində qanunsuz ov hallarının qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) aidiyyəti qurumlarının əməkdaşları tərəfindən 10-20 fevral 2015-ci il tarixlərində növbəti reydlər keçirilib.

Nazirliyin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə Ağsu rayonu Sanqalan adlanan ərazidə keçirilmiş reyd zamanı ov edən 3 naməlum şəxs saxlanılıb. Faktla bağlı qanunamüvafiq qaydada akt tərtib edilərək həmin şəxslərdən 3 ov tüfəngi, 6 patron götürülüb. Sənədlərini təqdim etməyən qanun pozucularının şəxsiyyətinin müəyyən edilməsi və barələrində qanunvericiliyə uyğun tədbir görülməsi üçün Ağsu Rayon Polis Şöbəsinə müraciət edilib.

Qaradağ rayonunun 29-cu kilometrliyində ov edən Abşeron rayon Güzdək kənd sakini Mehdi Mehdiyev, Xırdalan şəhər sakini Kamil Aslanov və Bakı şəhər Nərimanov rayon sakini Vərqa Həsənov saxlanılaraq onlardan 3 ov tüfəngi, 8 patron götürülüb. Qanun pozucuları barəsində akt və protokol tərtib edilərək hər biri 1000 manat məbləğində cərimə olunub.

Qusar rayonunun Qullar-İmamqulu kəndi ərazisində keçirilmiş reyd zamanı ovla məşğul olan naməlum şəxs saxlanılaraq ondan 1 ov tüfəngi, 2 patron götürülüb. Təqsirkarın şəxsiyyətinin müəyyən edilməsi və barəsində müvafiq tədbir görülməsi üçün aidiyyəti rayon polis şöbəsinə müraciət olunub.

Sarısu Ovçuluq Təsərrüfatının ərazisində keçirilmiş reyd zamanı 4 nəfər naməlum şəxs saxlanılıb. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun akt tərtib edilərək onlardan 5 ov tüfəngi, 130 patron və 14 ovlanmış çöl ördəyi müsadirə olunub. Sənədlərini təqdim etməyən qanun pozucularının şəxsiyyətinin müəyyənləşdirilməsi üçün qanunamüvafiq tədbirlər görülür.

Tarix
2015.02.21 / 13:10
Müəllif
Axar.az
Digər xəbərlər

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla