Yuxarı

Rus politoloqdan seçki açıqlaması: Sübutları yoxdur!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus politoloqdan seçki açıqlaması: Sübutları yoxdur!

Növbədənkənar parlament seçkiləri Azərbaycan qanunvericiliyinə və beynəlxalq normalara uyğun keçirildi.

Axar.az xəbər verir ki, bu sözləri Trend-ə rusiyalı politoloq Darya Qrevtsova deyib.

O, seçkiləri müxtəlif partiya nümayəndələrinin seçki prosesinə buraxılması baxımından azad, səslərin hesablanması baxımından ədalətli və KİV-lərin işıqlandırması baxımından şəffaf olaraq dəyərləndirib:

“Bu seçkilərdə çoxlu sayda xarici müşahidəçi iştirak edib və onların böyük əksəriyyəti seçki məntəqələrində ciddi pozuntuların baş vermədiyini deyiblər. Yalnız ATƏT Demokratik Təşkilatlar və İnsan Haqları Bürosundan (DTİHB) olan müşahidəçilər ənənəvi olaraq pozuntular gördülər. Onlar başqa cür bacarmır, onların məqsədi Qərbdən müstəqil şəkildə siyasət yürüdən ölkələri azadlıq və demokratiyanın olmamasında ittiham etməkdir. Onlar Azərbaycan, Rusiya və ya Türkiyə kimi ölkələrdə ən ideal seçkini belə qeyri-şəffaf adlandıracaqlar. Amma bununla belə onlar real sübut təqdim edə bilmirlər. Buna qarşılıq olaraq Azərbaycan ATƏT DTİHB müşahidəçilərinin rəylərini üstələyən müstəqil xarici müşahidəçilər dəvət edir. Mən özüm müşahidəçi olmuşam və qeyd edə bilərəm ki, hər şey, hava limanında qarşılamadan tutmuş seçki məntəqələri arasında hərəkətədək, yüksək səviyyədə təşkil olunmuşdu. Xüsusilə qeyd etmək lazımdır ki, Dağlıq Qarabağ qaçqınlarının və Dağlıq Qarabağda yaşayan şəxslərin səs vermək imkanı var idi”.

Politoloq qeyd edib ki, parlament seçkilərində səs çoxluğunu hakim Yeni Azərbaycan Partiyası qazanıb, bu isə onu göstərir ki, insanlar ölkənin kursunun yenilənməsi məsələsində Azərbaycan Prezidenti İlham Əliyevi dəstəkləyib.

Tarix
2020.02.11 / 22:02
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan XİN Cibutinin təbrik etdi

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla