Yuxarı

Azərbaycanda ölüm hökmü haqda dəhşətli faktlar - Məxfi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda ölüm hökmü haqda dəhşətli faktlar - Məxfi

Ölüm hökmünü icra edənlər arasında o otağa ayıq başla girən olmurdu. Tam məxfi 2 nömrəli əmrə əsasən hər icra vaxtı ölüm hökmünü icra edən şəxsə bir stəkan 200 qramlıq spirt verilməli idi.

Axar.az xəbər verir ki, bu sözləri Bayıl həbsxanasının sabiq əməkdaşı Şahin Məmmədov əməkdar jurnalist Mübariz Əsgərovun hazırladığı “Ölüm hökmü-Ömürlük cəza” sənədli filmində deyib.

1998-ci ilin fevral ayından etibarən Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin qərarı ilə ləğv edilən ölüm hökmünün qüvvədə olduğu illərdə onun icra edilməsindən danışan Ş.Məmmədov bildirib ki, hökm icra edilməzdən əvvəl ölümə məhkum edilmiş şəxsdən son sözü, son arzusu, demək istədiyi, etiraf etmək istədiyi sözlər soruşulur və qeyd edilirdi:

“Ölüm hökmünü icra edənlər isə manqurt vəziyyətində olurdular. Gördüyünü bir də yadına salmamaq üçün onlar o vəziyyətdə olurdular. Ölüm hökmünü icra edənlər arasında o otağa ayıq başla girən olmurdu. Tam məxfi 2 nömrəli əmrə əsasən hər icra vaxtı ölüm hökmünü icra edən şəxsə bir stəkan 200 qramlıq spirt verilməli idi. Bu ona görə verilirdi ki, icraçı həm qorxmasın, həm çəkinməsin, həm yazığı gəlməsin, həm də ən əsası ağlında bir şey qalmasın”.

Ş.Məmmədov bildirib ki, ölüm hökmünə məhkum edilənlərin bəziləri bir güllə ilə, bəziləri isə bir neçə güllə ilə ölürdü:

“Bəzi məhkumların ölməsinə bir güllə kifayət edirdi. Bəzilərinə isə bir daraq istifadə edilirdi. Öldüsə, həkim otağa girib baxırdı və onlar öz işlərini görürdülər. İcraçılar da onu maşına qoyub aparırdı”.

Sabiq həbsxana əməkdaşı bildirib ki, öldürülənlərin cəsədləri ailələrinə verilmir və naməlum yerlərdə basdırılırdı:

“Ölüm hökmü verilmiş şəxslərin başında güllə izləri olur. Bəlkə o ailə övladını götürüb qəhrəman kimi dəfn edəcək. Həmçinin ailə meyitin, kəllə hissəsinin şəkillərini dünya ictimaiyyətinə yaya bilərdi. Bu da SSRİ-nin imicinə zərbə idi. Dünya xəbər tuta bilərdi ki, SSRİ-də bu vəhşiliklər var. Bu səbəbdən güllələnmə tam məxfi saxlanılırdı”.

Ş.Məmmədov bildirib ki, axırıncı fərmana qədər Ayna Sultanova da daxil olmaqla, ölüm hökmü alanların hamısı Bayıl həbsxanasının 5-ci korpusunun zirzəmisində güllələnib.

Xatırladaq ki, Azərbaycanda ölüm hökmü 1998-ci ilin fevralında mərhum prezident Heydər Əliyevin qərarına əsasən ləğv edilib.

Tarix
2020.02.17 / 17:34
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Köçəryanla bağlı faktlar: Xüsusi agent olub... - Video

1998-ci ildə ATƏT Qarabağla bağlı nə qərar vermişdi? - Video

XİN rəhbəri Əlcəzair prezidenti ilə görüşdü

Azərbaycan və Fransa arasında mühüm danışıqlar...

Zəfər Günü: İlham Əliyevə təbriklər davam edir

Buğda yüklü qatar Azərbaycandan Ermənistana getdi - Foto

İlham Əliyev Özbəkistana dəvət edildi

Yunanıstan onu Azərbaycana səfir göndərir

Babayevdən gəlir vergisi barədə açıqlama: Aşağıdır...

Ermənistanda türk dilinin tədrisi... - Andreasyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla