Yuxarı

Azərbaycanda şirkət açmaq sadələşdirilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda şirkət açmaq sadələşdirilir

Azərbaycada şirkətlərin elektron qeydiyyatı və fərdi sahibkarların vergi qeydiyyatına alınması prosesi ciddi surətdə sadələşdirilib.

Vergilər Nazirliyinin qərarı ilə "Kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı" elektron xidməti üzrə inzibati reqlamentə dəyişikliklər edilib.

Bu dəyişikliklərə əsasən, yerli vətəndaşlar tərəfindən yaradılan MMC-lərin adi elektron dövlət qeydiyyatı müddəti 3 gündən 1 günə endirilib, MMC-lərin sürətli elektron qeydiyyatı isə 1 günü əvəzinə dərhal yerinə yetiriləcək.
Qeydiyyatla bağlı digər dəyişiklik tələb olunan sənədlərə aiddir. Yeni qaydalara görə, elektron qeydiyyat zamanı MMC-nin yaradılması barədə qərar tələb olunmayacaq. Nazirlikdən fins.az-a verilən məlumata görə, hüquqi şəxsi elektron qeydiyyatdan keçirmək istəyən şəxs tələb olunan məlumatları daxil etdikdən sonra həmin məlumatlar əsasında sistem özü təsis qərarı hazırlayır.

Nazirliyin qərarı ilə fərdi sahibkarların onlayn qeydiyyatı qaydaları da dəyişdirilib. "Fərdi sahibkarların onlayn qeydiyyatı" elektron xidməti üzrə inzibati reqlamentdə edilən dəyişikliyə əsasən, elektron qeydiyyat üçün müraciət etmiş fiziki şəxslərin onlayn qeydiyyatı dərhal həyata keçirilməlidir. Belə ki, fərdi sahibkarın e-qeydiyyatı İnternet Vergi İdarəsi Portalının "Onlayn kargüzarlıq və e-VHF" bölümü üzərindən aparılır.
Yeni qaydalara görə, fiziki şəxslərin müraciətindən sonra onların elektron formatda vergi uçotuna alınması dərhal həyata keçirilir və müvafiq şəhadətnamə onlar üçün ayrıca yaradılmış elektron ünvana real vaxt rejimində göndərilir.

Tarix
2015.02.24 / 17:17
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla