Yuxarı

​AMEA prezidenti İsrailə getdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
​AMEA prezidenti İsrailə getdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin başçılıq etdiyi nümayəndə heyəti İsrailə səfər edib.

Report xəbər verir ki, nümayəndə heyətinə AMEA-nın vitse-prezidenti İbrahim Quliyev, Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov və başqaları daxildir.

İsrail Təbiət və Humanitar Elmlər Akademiyasının (İTHEA) rəhbərliyi ilə keçirilən görüş zamanı Akademiyanın prezidenti, akademik Rut Arnon 1961-ci ildə Qüdsdə yaradılan İTHEA-nın tarixi haqqında qonaqlara məlumat verib. Qeyd edib ki, İTHEA İsrailin yüzdən artıq tanınmış alimini bir araya gətirib, eləcə də ölkənin geologiyası, flora və faunasının öyrənilməsi, Talmud, yəhudi fəlsəfəsi, ədəbiyyatı və ivritin araşdırılmasına yönəlmiş layihələri mailiyyələşdirir. Akademik R.Arnon bildirib ki, İTHEA müxtəlif beynəlxalq layihələrdə iştirak edir, həmçinin Eynşteyn Təqaüd Fonduna rəhbərliyi həyata keçirir.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə öz növbəsində Akademiyanın 70-illik tarixi haqqında geniş məlumat verib. Görüş çərçivəsində İTHEA üzvlərinə Azərbaycanda fundamental elmlərin inkişafı, AMEA-nın strukturu haqqında, eləcə də respublikada elmə və alimlərə göstərilən diqqət və qayğıdan bəhs edən videoçarx nümayiş edilib.

Görüş AMEA və İTHEA arasında elm və texnologiya sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması ilə başa çatıb.

Daha sonra AMEA-nın nümayəndə heyətinin iştirakı ilə İsrailin ən iri elm və təhsil mərkəzi və dünyanın ən yaxşı universitetlərinin siyahısında ilk yüzlüyə daxil olan Qüds Universitetində görüş keçirilib. İsrailin ilk təhsil müəssisəsi olan universitetin vitse-rektoru, doktor Oron Şaqrif ilə görüşən AMEA-nın nümayəndə heyəti, universitetin laboratoriyaları ilə də yaxından tanış olublar.

Səfər çərçivəsində alimlərimiz Qüds şəhərinin görməli yerlərindən olan İbadət dağını, islam mədəniyyətinə məxsus Qübbətüs-Səhra və əl-Əqsa məscidlərini ziyarət ediblər.

AMEA-nın nümayəndə heyətinin İsrailə səfəri davam edir.

Tarix
2015.02.25 / 09:53
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvanda sammit: İlham Əliyev çıxış etdi - Foto

Sammit Azərbaycan-Ermənistan sülhü sayəsində mümkün oldu

Azərbaycandan keçməklə Ermənistana gübrə göndərildi

Sülhün praktik faydalarını görürük - İlham Əliyev

Ermənistana 28 min ton yük çatdırılıb - Prezident

İlham Əliyev Nikol Paşinyanı təbrik etdi

Biz cəmi doqquz aydır ki, sülh şəraitində yaşayırıq - Prezident

Sammitdə iştirakım bunun reallıq olduğunu açıq şəkildə göstərir

İrəvanda toplantı: Əliyev Avropa Parlamentini tənqid etdi

Azərbaycan Prezidenti ilk dəfədir İrəvandakı tədbirdə iştirak edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla