Yuxarı

Bununla İrəvan üzərində üstünlüyü artıracağıq - Polkovnik

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bununla İrəvan üzərində üstünlüyü artıracağıq - Polkovnik

Artıq bir neçə ildir ki, Azərbaycan Hərbi Hava Qüvvələrində genişmiqyaslı islahatlar gedir. Xüsusilə də aviabazaların modernləşdirilməsi, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində önəmli addımlar atılır.

Axar.az xəbər verir ki, bunu İtaliya Respublikasından “M-346” tipli təlim-məşq təyyarələrinin alınmasını şərh edən Hərbi Hava Qüvvələrinin (HHQ) polkovniki Namiq İslamzadə deyib.

“Hazırda Azərbaycan HHQ-nin sərəncamında olan aviasiya vasitələrinin böyük bir hissəsi müasir standartlara cavab verir. Son illərdə Azərbaycan HHQ üçün əldə edilən təlim təyyarələri barədə aparılan müzakirələrdə üstünlük əsasən İtaliya və Pakistan istehsalı olan aviasiya vasitələrinə verilib. Bu baxımdan 2017-ci ilin iyul ayında Azərbaycan Hərbi Hava Qüvvələri ilə Pakistanın PAC KAMRA şirkəti arasında imzalanan müqaviləyə əsasən 10 ədəd MFİ-395 “Super Muşşak” təyyarəsinin əldə edilməsini və həmin ilin mayın 10-da Azərbaycan HHQ-nin aviabazalarından birində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun iştirakı ilə İtaliya Respublikasının “Leonardo Aircraft” şirkətinin istehsalı olan yeni nəsil reaktiv “M-346” tipli təyyarənin təqdimatının keçirilməsini xüsusilə vurğulamaq olar”, - o bildirib.

N.İslamzadə qeyd edib ki, “M-346” tipli təyyarələrin əldə edilməsi gənc hərbi pilotlarımızın peşakarlığının artırılması və döyüş vərdişlərinin təkmilləşdirilməsində mühüm rol oynayacaq:

“Azərbaycan HHQ-nin silahlanmasına bu tip aviasiya vasitələrinin daxil edilməsi onun döyüş imkanlarını genişləndirməklə yanaşı, Ermənistan üzərində hava məkanındakı üstünlüyünü daha da artıracaq”.

Tarix
2020.02.27 / 18:26
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Prezident və xanımı Şamaxıda...

Gənc nəslin bu cür tərbiyə olunması çox vacibdir - Prezident

Vəziyyət o həddə çatmışdı ki, Qarabağda separatçılar...

Geri çəkildik və sülh sazişinin mətni ilə razılaşdıq...

Azərbaycan üçün dəhşətli statistika – Hara gedirik?

Prezident onları qəbul etdi

Bu, Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı

Bakıda mühüm toplantı: Prezidentin müraciəti oxundu

BMT də xəbərdarlıq etdi: Sİ real təhlükədir?

Azərbaycan “həqiqi hərbi xidmət”dən niyə imtina etmir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla