Yuxarı

Evsizlərə daha bir şad xəbər: Mənzillərin sayı 530 çatdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Evsizlərə daha bir şad xəbər: Mənzillərin sayı 530 çatdı

Məlum olduğu kimi, bu gündən İpoteka və Kredit Zəmanət Fondunun (Fond) yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayə mexanizmi üzrə elektron kabinetin yaradılması və elektron müraciətlərin formalaşdırılması prosesinə başlanılıb.

İpoteka və Kredit Zəmanəti Fondundan Axar.az-a verilən məlumata görə, gün ərzində artıq 3000-dək vətəndaş elektron kabinetin yaradılması üçün müraciət edib və hazırda proses davam edir.

Eyni zamanda, Fondun vətəndaşlara satmaq öhdəliyi ilə kirayə təklif etdiyi yaşayış sahələrinin siyahısı genişləndirilib. Belə ki, ilkin mərhələdə Fond tərəfindən vətəndaşlara 331 mənzil kirayə təklif olunurdu. Hazırda kirayə mənzillərin sayı artırılaraq 530-a çatdırılıb. Əhalinin tələbini nəzərə alaraq Fond tərəfindən mənzil fondunun formalaşdırılması davam etdirilir.

Kirayəyə verilməsi nəzərdə tutulan yaşayış sahələrinin yerləşdiyi ərazi, sayı, sahəsi və digər məlumatlarla bu keçid vasitəsilə tanış olmaq mümkündür.

Xatırladaq ki, “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsi ilə yaşayış sahəsini seçmək imkanı yalnız Fond tərəfindən müraciətə baxıldıqdan və razılıq barədə qərarın qəbul edilməsindən sonra yaranır.

Eyni zamanda, kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.az), habelə “1549” Çağrı Mərkəzinə zəng etməklə, həmçinin EİKZS-dən istifadə ilə bağlı məlumatı EİKZS-də yerləşdirilmiş təlimatla tanış olmaqla əldə etmək mümkündür.

Tarix
2020.02.28 / 22:06
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Corc Volkeri qəbul etdi - Foto

İlham Əliyev Tacikistanın baş nazirini qəbul etdi

“Kalaşnikov” ən yeni avtomatlarını Bakıya gətirir

Prezident forum iştirakçılarına müraciət ünvanladı

Bayramov Nyu Yorkda Mirzoyanla görüşdü: Razılıq...

Azərbaycan-ABŞ strateji tərəfdaşlığı müzakirə edildi

Azərbaycan şəhəri bu şəhərlə qardaşlaşa bilər

Qriqoryandan demarkasiya ilə bağlı açıqlama

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir - Boçorişvili

Sikorskinin dünyanı silkələyən çıxışı: Sergey, bosuna de... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla