Yuxarı

Dövlət sirrini yayanlara sərt cəza - Qanun

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dövlət sirrini yayanlara sərt cəza - Qanun

Azərbaycanda dövlət sirrini yayanlara qarşı cəzalar sərtləşdirilir.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin martın 6-da keçiriləcək plenar iclasının gündəliyinə daxil edilən Cinayət Məcəlləsinə dəyişikliklərdə öz əksini tapıb.

Belə ki, Cinayət Məcəlləsinin 284.1-ci maddəsinə edilən dəyişikliyə əsasən, şəxs tərəfindən ona etibar edilmiş və ya xidməti vəzifəsinə və yaxud işinə görə ona məlum olan dövlət sirrini təşkil edən məlumatların yayılması, dövlətə xəyanət əlamətləri olmadıqda, üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Məcəllənin 284.2-ci maddəsinə edilən dəyişikliyə əsasən, eyni əməllər ağır nəticələrə səbəb olduqda, beş ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd edək ki, hazırda Cinayət Məcəlləsinin 284.1-ci maddəsində eyni əməllər üzrə azadlıqdan məhrumetmə cəzası iki ildən beş ilədək müddətə, 284.2-ci maddə üzrə isə üç ildən yeddi ilədək müddətə müəyyən edilib.

Tarix
2015.02.27 / 17:55
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya

Britaniya hava limanlarında nasazlıq: yüzlərlə reys gecikir

Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Video

Oyuncaq dəstində Azərbaycan və Ermənistan bayrağı - Foto

Minatəmizləmə ilə bağlı tələblər təsdiqləndi

Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim etdi

Məmmədov ABŞ-ın Ermənistandakı diplomatını qəbul etdi

Bu nazirliyin tərkibi ilə bağlı vacib qərar

Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər?

Avropa şokda: Rusmeyilli radikallar seçkini uddu - Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla