Yuxarı

Elşad Abdullayev yaramazdır, ya yox? - Mübahisə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfsər Talıbov: "Qayınatası Elşad Abdullayevə məhkəmədə "yaramaz" dedi"

ABU-nun sabiq rektoru Elşad Abdullayevin qayınatası Hüseyn Əhmədov "Cumhuriyyet.az" saytına açıqlama verərək, barəsində yanlış xəbərlər yayıldığını bildirib. H.Əhmədov mətbuatda onun adından yazılan fikirlərdən xeyli təəccübləndiyini deyib: "Axı mən məhkəmədə belə sözlər deməmişəm. Orda nə qədər adam olub və dediklərim protokollaşdırılıb. Nəyə görə mənim adımdan yalan ifadələr yazılır? Mən Elşad Abdullayev haqda "yaramaz" ifadəsi işlətməmişəm. Əvvəla, belə bir ifadəni ictimai yerdə, məhkəmə zalında işlətmək mənim adıma yaraşmaz. Digər bir tərəfdən, Elşad Abdullayev hüquq elmləri doktorudur, professordur, böyük bir ali məktəbin rəhbəri olub. Mən aliməm. Elmin və elm adamının qiymətini bilirəm. Bunu yazanlar təxribatla məşğuldur və əslində yaramazlıq elə bu yalanı mətbuat səhifəsinə daşımaqdır".

H.Əhmədov mətbuatda yazılanlara etirazının yalnız bir ifadə ilə bağlı olmadığını bildirib: "Guya mən orda demişəm ki, Elşad Abdullayevin qohumları imkan verməyiblər ki, mənə qulaq assın. Qətiyyən belə bir şey olmayıb. Mən bunu ABU-da onun ətrafına toplaşan, bu gün isə ortada olmayan, vaxtilə Elşad Abdullayevdən bəhrələnib bu gün onu müdafiə etməyənlərə, gizlənənlərə demişəm. Demişəm ki, Elşad Abdullayev başına adamlar toplaşmışdı. Onlar Elşada deyirdilər ki, Hüseyn Əhmədov "yeraz"dır, hər şeyi əlindən alacaq, ehtiyatlı ol. Zaman göstərdi ki, həmin adamların özündən ehtiyatlı olmaq lazım imiş".

"Teleqraf.com"un xəbərinə görə, sabiq deputat Gülər Əhmədovanın vəkili Əfsər Talıbov "Yeni Müsavat"a açıqlamasında H.Əhmədovun bu sözlərinə cavab verib.

Dekabrın 17-də müvəkkili ilə saxlandığı 1 saylı İstintaq Təcridxanasında görüşən vəkil deyib ki, G.Əhmədova E.Abdullayevin qayınatasının sözügedən açıqlamasına təəccüblənməklə yanaşı, buna etiraz edir: "Biz məhkəmənin həmin hissəsinin səs yazısını əldə etdik. Həmin səs yazısında Hüseyn Əhmədov bildirir ki, "bu gün mənim imkanım olsa, məni bir adamla göndərsələr, gedib onu tapıb gətirərəm, onda görərlər ki, mən ona nə sözlər deyərdim. Çünki yaramazdı, yaramaz... Belə işlər olmaz".

Hüseyn Əhmədov məhkəmədə çıxışını edəndən sonra mənim, Gülər Əhmədovanın suallarına cavab verdi. Məhz orda bu sözləri dedi. Və iki dəfə bu sözü dedi ki, Elşad Abdullayev yaramazdır. Gülər xanım ona ABU-dakı qanunsuzluqlarla bağlı sual verəndə də o, cavab verir ki, Elşad Abdullayevin əməllərindən xəbəri olmayıb. "Mən ona 3 dəfə söz demişəm. Əgər mənim dediyimlə getsəydi, xan kimi dolanardı. Amma o, mənə qulaq asmadı" deyir məhkəmədə. Bunu necə boynundan ata bilər? O qədər jurnalistin qabağında, hakimlərin, Gülər Əhmədovanın gözünə baxa-baxa deyib bu sözləri".

Ə.Talıbov "Yeni Müsavat"a sözügedən prosesdə H.Əhmədovun çıxışı olan hissənin audioyazısını təqdim edib. Audioyazının 3-cü dəqiqəsindən sonra sabiq rektorun qayınatasının mübahisə yaradan həmin sözləri yer alır.

Tarix
2013.12.18 / 17:04
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyəli ekspert İrəvanda: “Nəzarətsizlik” faydalıdır!

Szinpin İlham Əliyevi təbrik etdi

Paşinyanın bu xahişini Türkiyə rədd edə bilməzdi…

Ərdoğan açıqladı: Qarabağın azad edilməsindən sonra...

Türkiyədən Azərbaycanı məyus edən addımlar...

Qar uçqununa düşən hərbi qulluqçuların nəşi tapıldı

Bu Novruz hamıya sülh gətirsin - Quterreş

AB rəsmisi Praqada Bakı və İrəvan arasında sülhdən danışdı

Putin Əliyevi təbrik etdi

Ərdoğan Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla