Yuxarı

Marketlər və banklar koronadan necə qorunur? – Sorğu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Marketlər və banklar koronadan necə qorunur? – Sorğu

Dünyada koronavirusun yayıldığı bir zamanda diqqət çəkən məqamlardan biri də bu pandemiyaya qarşı görülən tədbirlərdir. Ölkəmizdə bəzi dövlət və özəl qurumlarda, insanların gündəlik müraciət etdiyi məkanlarda virusa qarşı bir sıra tədbirlər görülməsinə baxmayaraq, sosial şəbəkələrdə insanlar narahatlıqlarını dilə gətirirlər. Xüsusən onlar ictimai obyektlərdə - marketlərdə, banklarda işçilərin və vətəndaşların virusdan qorunması üçün yetərincə qabaqlayıcı tədbirlər görülməməsini vurğulayırlar.

Axar.az bununla əlaqədar ölkədə fəaliyyət göstərən bir neçə marketlər şəbəkəsinə və banklara müraciət edib.

Azərbaycan Beynəlxalq Bankından saytımıza bildirilib ki, bankın bütün xidmət ofislərində dezinfeksiya işləri aparılıb, müştərilərin və əməkdaşların sağlamlığı üçün müvafiq tədbirlər həyata keçirilir.

“AccessBank”ın mətbuat katibi Sərvinaz Ələkbərova isə bankın bütün filiallarının xüsusi antiseptik məhlulla təmin olunduğunu söyləyib:

“Antiseptik məhlullar vasitəsi ilə əməkdaşlarımız özlərini mikroblardan qoruyur. Bankımızda dezinfeksiya işləri isə əsasən konfrans zallarında və yeməkxanalarda olub. Lakin bu prosesin cəmi 1 sutka effektivliyi var və çox xərc tələb edən prosesdir. Buna görə də hər gün filialların hamısında insanların təmasda olduğu yerlər xlor məhlulu ilə silinir. İranla sərhəddəki filiallarımızda çalışan əməkdaşlarımız üçün isə xüsusi maskalar göndərilib. Bankımızın əməkdaşları arasında xəstəliyi olan və səhhətindən şübhələndiyimiz şəxslər siyahıya alınıb. Bəzi işçilərimiz özlərini narahat hiss etdikləri üçün artıq işə çıxmır”.

“Araz” supermarketlər şəbəkəsinin PR meneceri Büllurə Əmirova bildirib ki, marketlərdə əllə təmasda olan bütün əşyalar, alış-veriş səbətləri, arabalar, kassa ətrafı, rəflər xüsusi dezinfeksiyaedici vasitələrlə dezinfeksiya edilir.

“Yaxın günlərdə isə market girişlərində müştərilər, mağaza əməkdaşları üçün nəzərdə tutulan girişlərdə isə personalın istifadəsi üçün xüsusi dezinfeksiyaedici avadanlıq quraşdırılacaq. Bundan başqa işçilərimizə maskada gəzmək tövsiyə olunub. Qrip olan işçilərə isə müalicə alması üçün icazə verilir. Hələlik ciddi təhlükə müşahidə olunmayıb”.

“Neptun” supermarketlər şəbəkəsindən bildirilib ki, bütün mağazalarda koronavirusa qarşı dezinfeksiya işləri aparılır:

“Mağazalarımızda koronavirusla bağlı bütün lazımı tədbirlər görülüb. Ayrıca işçilərimiz maska və spirtlə də təmin olunub. Ümumilikdə işçilərin səhhəti normaldır. Səhhətində problem olan işçilər isə evə buraxılır”.

Tarix
2020.03.12 / 17:42
Müəllif
Nərmin, Mahir
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla