Yuxarı

Karantindəki azərbaycanlı tələbə: Mənə dedilər ki...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Karantindəki azərbaycanlı tələbə: Mənə dedilər ki...

Biz martın 9-u Romadan Kiyevə, oradan isə Bakıya gəldik. Yolda tez-tez temperaturumuz ölçülür, tibbi müdaxilələr edilirdi.

Axar.az xəbər verir ki, bunu İtaliyada təhsil almış azərbaycanlı tələbə Şəhla Məmmədzadə karantinə alınması və orada qarşılaşdığı vəziyyətlə bağlı danışarkən deyib.

“Bakıya çatanda təyyarədən düşməzdən öncə hər kəsdən haradan gəldikləri və harada qalacaqlarına dair məlumatlar götürüldü. Təyyarədən düşdükdən sonra da yoxlamalar davam etdi və yenidən bizim sağlamlığımızda hər hansı təhlükənin olub-olmaması öyrənildi. Daha sonra bizi maşınlara mindirib yola düşdülər. Bütün bu müddət ərzində hara aparmaları, nə baş verməsi ilə bağlı heç bir söz demədilər. Təbii olaraq biz də narahat idik. Bizi Qobustan Mərkəzi xəstəxanasına gətirdilər. Bundan sonra bildik ki, bizi 14 gün ərzində karantində saxlayacaqlar”, - o bildirib.

Ş.Məmmədzadə karantində çox yaxşı qarşılandığını deyib:

“Hər şey çox yaxşıdır, bütün heyət gülərüzdür. Baş həkim bura gələrək öz şəxsi nömrəsini bizə verdi. Nəyə ehtiyacımızın olub-olmaması ilə maraqlandı. Bizdən analizlər alındı və dedilər ki, çalışacağıq, 14 gündən çox qalmayasınız.

Burada şərait çox yaxşıdır, ehtiyacımız olan hər şeylə təmin olunuruq. Diş fırçasından dəsmala qədər hər şey verilir. Gündə üç dəfə ev yeməkləri verilir. Valideynlərimizin bizimlə əlaqə qurması və bizim onlara, onların da bizə lazım olan şeyləri göndərməsi üçün Qobustandan Bakıya gün ərzində iki dəfə avtobus gedib-gəlir. Karantindən çox razıyıq. Artıq analizlərin cavablarını gözləyirik”.

Tarix
2020.03.13 / 18:51
Müəllif
Axar.az
Digər xəbərlər

Bu yol demək olar hazırdır - İlham Əliyev

Prezident: Avropaya elektrik enerjisi ilə çıxmaq istəyirik

Bu üç bölgə inzibati cəhətdən birləşdirilir - Prezident

Azərbaycan, ABŞ və Ermənistan diplomatlarının görüşü oldu

Şuşa azad olunanda Putin... – Əliyevdən diqqətçəkən sözlər

Göstəriş verildi, 217 avtobus alınacaq - Əliyev

Sabah bununla bağlı sərəncam imzalayacam - Prezident

İlham Əliyev Naxçıvanda sosial evlərin təməlini qoydu

Naxçıvana Ermənistandan elektrik xətləri çəkiləcək

Əcəmi Naxçıvaninin abidəsi açıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla