Yuxarı

Polis evdə tiryəkxana təşkil edənləri yaxaladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polis evdə tiryəkxana təşkil edənləri yaxaladı

DİN əməkdaşları narkotik istifadəçilərinə qarşı əməliyyat keçirib.

Axar.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Lənkəran polisinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunan Səyavuş Babayevin yaşadığı evdən 1,89 qram heroin, 10,64 qram tiryək və 54 ədəd şpris aşkar edilərək götürülüb. Həmin an evdə olan şəhər sakini Fariz Şiriyev və Fuad Cəfərov da saxlanılıb.

Polisin araşdırmasından sonra məlum olub ki, S.Babayev evdə tiryəkxana təşkil edib.

***

Lənkəranda daha bir oxşar hadisə baş verib. Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran sakini Arzuman Səlimzadədən 360,66 qram heroin, 522 qram tiryək və 210,38 qram həşiş götürülüb.

***

Səbail RPİ 39-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Əfqan Məmmədovdan 490 qram marixuana götürülüb.

Polis faktla bağlı araşdırmalara başlayıb.

Tarix
2015.03.02 / 14:15
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

AB-nin xüsusi nümayəndəsi Azərbaycana səfərindən yazdı

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat

Deputatın şok sərvəti üzə çıxdı

Kəlbəcər sakinlərinə xoş xəbər

Paşinyan Göyçə gölündə çimdi - Video

“Belem Missiyası” çərçivəsində məsləhətləşmə keçirildi - XİN

Bu faciəni hələ də xatırlayırıq - Hacıyev

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla