Yuxarı

Prezidentin vəzifədən azad etdiyi məşhur general... - Dosye

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentin vəzifədən azad etdiyi məşhur general... - Dosye

17:55

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev "Xüsusi dövlət mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" fərman imzalayıb.

Axar.az xəbər verir ki, fərmana əsasən, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilib.

Qeyd edək ki, Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi general-polkovnik Vaqif Axundov idi.

1968-72-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda, 1989-94-cü illərdə BDU-da, 1999-2002-ci illərdə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb.

İxtisasca iqtisadçı-mühəndis, hüquqşünasdır.

Əmək fəaliyyətinə 1971-ci ildə Kuybışev şəhərində qazma-balta zavodunda tornaçı kimi başlayıb. 1972-75-ci illərdə Sovet ordusu sıralarında zabit kimi hərbi xidmətdə olub. Hərbi xidmətdən qayıtdıqdan sonra Bakıda Şmidt adına Maşınqayırma Zavodunda normalaşdırıcı, böyük mühəndis, iqtisadçı işləyib.

1975-ci ildə DİN-də növbətçi hissə üzrə növbətçi köməkçisi, Bakı şəhər Daxili İşlər İdarəsində komsomol komitəsinin katibi, 1978-91-ci illərdə DİN-də şöbə rəisinin müavini, şöbə rəisi işləyib.

1992-93-cü illərdə Azərbaycan Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanları Mühafizə İdarəsinin rəisi, 1993-cü ildən isə Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanları Baş Mühafizə İdarəsinin rəisi vəzifələrində çalışıb.

2003-cü ildən qurumun adı dəyişib və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti olub, V.Axundov bu quruma rəhbərliyi davam etdirib.

2018-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə “Vətənə xidmətə görə” 1-ci dərəcəli ordenlə təltif edilib.

Tarix
2020.03.16 / 22:41
Müəllif
Axar.az
Digər xəbərlər

Ələkbərov Rusiyanın bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla