Yuxarı

"Azərmaş" və nazirikdən sosial təşəbbüs

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Azərmaş" və nazirikdən sosial təşəbbüs

Koronavirus (COVID-19) infeksiyasının yayılma riskinin azaldılması üçün sosial izolyasiya və profilaktik tədbirlər davam etdirilir. Dövlət qurumları və biznes dairələri bu tədbirlərdə fəal iştirak edirlər.

Axar.az xəbər verir ki, ölkədə koronavirus pandemiyasına qarşı mübarizəyə dəstək çərçivəsində İqtisadiyyat Nazirliyi və “Azərmaş” ASC birgə əməkdaşlıq çərçivəsində üçüncü sosial layihəyə start verirlər.

Belə ki, sosial layihəyə əsasən, koronavirus pandemiyası müddətində mərkəzi və yerli icra hakimiyyəti orqanlarının əməkdaşlarının pandemiyanın aradan qaldırılması ilə bağlı tədbirlər çərçivəsində xidməti fəaliyyətinin təmin olunmasına köməklik göstərilməsi üçün xüsusi avtomobillər ayrılıb. Bu avtomobillər kiçik həcmli yüklərin daşınmasında da mərkəzi və yerli icra hakimiyyəti orqanlarına ödənişsiz dəstək göstərəcək.

“Azərmaş” ASC sosial məsuliyyət nümayiş etdirərək, bu məqsədlə 100 avtomobil və sürücü ayırıb. Sürücülər antiseptik məhsullar və lazımi qoruyucu vasitələrlə təmin olunublar. Bütün avtomobillər gündəlik dezinfeksiya edilir.

Xidmət müddəti (şənbə və bazar günləri istisna olmaqla) saat 09:00-dan 18:00-dək.

Mərkəzi və yerli icra hakimiyyəti orqanları zəruri ehtiyaclar üçün aşağıdakı nömrələrlə əlaqə yarada bilərlər:

Telefonlar: +994 55 300 73 80

Votsap üçün: +994 55 300 73 70

Məlumat üçün bildiririk ki, İcbari Tibbi Sığorta Agentliyinin ehtiyacları üçün “Azərmaş” ASC əlavə olaraq 100 avtomobil və sürücü ödənişsiz qaydada ayrılıb.

“Azərmaş” ASC-nin ayırdığı 100 avtomobil yaşı 65-dən yuxarı olan vətəndaşların ehtiyaclarının evdən çıxmadan ödənilməsinə köməklik göstərilməsi üçün həyata keçirilən sosial dəstək layihəsi çərçivəsində fəaliyyət göstərir. Beləliklə, koronavirus pandemiyasının qarşısının alınması ilə bağlı aparılan preventiv tədbirlərə “Azərmaş” ASC tərəfindən ümumilikdə 300 avtomobil və sürücü ayrılıb.

Qeyd edək ki,“Azərmaş” ASC Azərbaycanda avtomobil sənayesinin inkişafı məqsədilə 15 noyabr 2017-ci il tarixində yaradılıb. Səhmdar Cəmiyyət rəqabətqabiliyyətli minik və kommersiya avtomobilləri, onların ehtiyat hissələrinin istehsalı ilə məşğuldur. Milli iqtisadiyyatın qeyri-neft sektorunda önəmli rol oynayan ASC-nin tərkibinə Neftçalada Avtomobil İstehsalı Zavodu, «GM Özbəkistan» və «GAZ qrup Rusiya» avtomobil zavodları, kabel istehsalı zavodu, lokallaşdırma müəssisələri, lizinq şirkətləri, servis və ehtiyat hissələrinin satış mərkəzləri daxildir.

Tarix
2020.03.26 / 11:36
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Qazaxıstan strateji müttəfiqdir

Kilsə ilə savaş: Paşinyanın planı budur

Xudafərin körpüsünün işğaldan azad olunmasından 5 il ötür

Bakıda ikinci Katolik Kilsəsi tikiləcək - Mehriban Əliyeva

Ramiz Mehdiyevin kürəkəninin bahalı avtomobilləri - Foto

Ramiz Mehdiyevin ailə üzvlərinin ölkədən çıxışına məhdudiyyət...

Bu ölkə Bakıya köçürdüyü səfirliyini Tehrana qaytarır

Mehdiyev 7 saat dindirildi - İstintaqa əsa ilə gedib

MM-də Mehdiyev müzakirəsi: Prezidentə ən ağır xəyanət...

Gənclərin öz doğma torpaqlarına qayıtmaları qürurverici haldır

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla