Yuxarı

105 saylı avtobus çuxura düşdü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
105 saylı avtobus çuxura düşdü - Foto

Balaxanı qəsəbəsində sərnişin avtobusu çuxura düşüb.

Axar.az xəbər verir ki, bu gün səhər saatlarında 105 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu Balaxanı qəsəbəsi Cahangir Cahangirov adına məktəbin qarşısında qazılmış çuxura düşüb.

Hadisə Sabunçu Rayon İcra Hakimiyyətinin Balaxani qəsəbəsi üzrə nümayəndəliyinin yerləşdiyi binanın qarşısında baş verib.

Sərnişinlə dolu olan marşrut ərazidən keçən su xətlərinin təmiri zamanı qazılmış quyuya düşüb. Sol arxa təkərləri tamamilə çuxura düşən marşrut aşma təhlükəsi ilə üzləşib. Çuxur dərin və içi su ilə dolu olduğundan sürücü avtobusu oradan çıxara bilməyib. Yolun ortasında qalan marşrutda sərnişinlər olsa da, xoşbəxtlikdən xəsarət alan olmayıb.

Qeyd edək ki, bir neçə gün öncə mərkəzi su xəttinin partlaması nəticəsində sözügedən əraziləri, həmçinin yaxınlıqda olan 22 saylı poliklinikanı su basmışdı. Problemin aradan qaldırılması üçün ərazidən keçən əsas yol təmir məqsədilə iki gün bağlı qaldı. Sakinlərin sözlərinə görə, partlamış su xəttini təmir etsələr də, qazılmış çuxur lazımi formada örtülmədiyi, asfaltlanmadığı və yol uyğun şəkildə təmir edilmədiyindən yolun ortasında çuxurlar əmələ gəlib. Bunun nəticəsində də sözügedən yolda tez-tez təhlükəli vəziyyət yaranır.

Tarix
2015.03.05 / 10:54
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla