Yuxarı

Azərbaycanda sürücülərə xəbərdarlıq: Buna əməl edin!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda sürücülərə xəbərdarlıq: Buna əməl edin!

Bu gün Azərbaycanda ən həssas risk qrupu sürücülərdir.

Axar.az xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova sürücülərə müraciətində bəyan edib.

"Görülən tədbirlər çərçivəsində qaydalara öz sağlamlığınız üçün əməl etməyi sizdən xahiş edirik! Xidmət başındaykən maska və əlcəkdən istifadəyə əməl edin! Bu gün üçün ən ağır işi icra edənlər sırasındasınız. Bundan dolayı qarşınızda baş əyirəm! Ancaq qaydalara əməl edərək həm özünüzü,həm sərnişinləri, həm də ailə üzvlərinizi qoruyaraq epidemiyanın qarşısını almaqda bütün gücünü səfərbər edən hökümətimizə dəstək vermiş olacaqsınız. Xatırladım ki, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Bununla bağlı aidiyyatı müvafiq strukturlar icra mexanizmini tətbiq etdikləri təqdirdə cəza almadan qaydalara əməl edənlər sırasında olaq! Dövlət Avtomobil Nəqliyyatı Xidməti olaraq həm hüquqi, həm də fiziki şəxslərin (daşıyıcıların) ümumi işin xeyrinə dəstəklərini əsirgəməyəcəklərinə ümid edirik", - deyə o, qeyd edib.

Tarix
2020.03.29 / 15:02
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Rusiyadakı səfirimiz Qaluzinlə görüşdü

Zəngəzurun əks olunduğu bu yöndəmsiz nişan…

Türkiyə F-16-ları Azərbaycanda - Foto

Məmdaninin Bakıya qarşı mövqeyinin əsl səbəbi...

Rusiya hücumu zəiflədi - Ukrayna güclənir?

Trampa hücum: niyə zaldan ilk olaraq Vens çıxarıldı?

Azərbaycan Çexiyada ən iri neft təchizatçısıdır...

Trampa qarşı edilən hücum oyun idi? - Ağar

Azərbaycan-Çexiya tərəfdaşlığında yeni mərhələ başlayır

Babişin Azərbaycana səfəri başa çatdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla