Yuxarı

Bakı metrosu bağlanmalıdır, çünki... – Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı metrosu bağlanmalıdır, çünki... – Ekspert

Bu gün yeni iş qrafikinə start verən Bakı metrosu ilə bağlı görüntülər yayılıb. Görüntülərdə səhər saatlarında metronun açılmasını gözləyən insanların kütləvi şəkildə bir yerə toplaşması əks olunub. Sosial şəbəkə istifadəçiləri bildiriblər ki, metronun bu fəaliyyəti 10 nəfərdən artıq şəxsin bir yerə toplaşması, yəni Operativ Qərargahın elan etdiyi təhlükəsizlik qaydalarının pozulmasıdır.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən metropoliten üzrə mütəxəssis Nəsimi Paşayev təklif edib ki, hazırkı vəziyyətdə metronun müvəqqəti olaraq bağlanması zəruridir.

“Bu qədər sərnişini 2 saat səhər, 3 saat isə axşam metroya buraxmaq çox təhlükəlidir. Onsuz da insanlar metrodan daha çox pik saatlarda, yəni 07.00-09.00 və 17.00-20.00 arası istifadə edirlər. İndi digər vaxtlarda istifadə edənlər də, məsələn, saat 10.00-da harasa gedəsi olan şəxslər də bir saat tez də olsa, metrodan istifadə etmək istəyəcək. Sözsüz ki, bu da sıxlığa səbəb olacaq".

Mütəxəssis ictimaiyyətdə qatarlar arasında intervalın azaldılması ilə problemə son qoyulması barədə səsləndirilən fikirlərə də münasibət bildirib:

“Texniki imkanları nəzərə almaq lazımdır. Metroda intervalı qısaltmaq mümkün deyil. Yəni qatar sayını artırmaq da mümkünsüzdür. Bütün bunları nəzərə alaraq demək istəyirəm ki, metro bağlanmalıdır”.

N.Paşayev onu da qeyd edib ki, dövlət qurumları işçilərinə evdən çalışmaq üçün şərait yaratsa da, bəzi özəl müəssisələr hələ də bu addımı atmayıblar:

“Özəl şirkətlər evdən işləyə biləcək işçiləri ofisə çağırmamalıdırlar. Yəni onlar evdən işləsələr, insan sıxlığı və metro istifadəçilərinin sayı da azalar”.

Tarix
2020.03.29 / 15:37
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

XİN-dən Ağdaban qətliamı ilə bağlı açıqlama

Yermek Koşerbayev Azərbaycana səfər edəcək

İrandan bəyanat: Naxçıvana PUA zərbəsi...

Bakı ilə Tiflis arasında əlaqələrin intensivliyi getdikcə artır

İranın qisas günü çatdı: ABŞ qarşısını almaq üçün sabah...

Hindistanın Bakıya “qəfil sevgisinin” səbəbləri...

İlham Əliyev Möhsün Şəntürkü qəbul etdi

Rəsmi Bakı BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu qınadı

İlham Əliyev bütün manipulyasiyalara son qoydu - Maxaşvili

Ukrayna əraziləri geri qaytarır, Rusiya zəifləyir...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla