Yuxarı

Məhkəmə onlayn iclasda həbs qətimkan tədbirini dəyişdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məhkəmə onlayn iclasda həbs qətimkan tədbirini dəyişdi

Xətai Rayon Məhkəməsində təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin uzadılması barədə təqdimata onlayn qaydada baxılıb.

Axar.az xəbər verir ki, bu barədə vəkil Adəm Məmmədov sosial şəbəkədə paylaşım edib.

O qeyd edib ki, təqsirləndirilən şəxs də Bakı İstintaq Təcridxanasından onlayn məhkəmə iclasına qoşulub.

Vəkil qeyd edib ki, bu gün Xətai Rayon Məhkəməsində ilk dəfə olaraq onlayn qətimkan tədbirinin uzadılmasında iştirak edib:

"İlk dəfə olaraq onlayn məhkəmə prosesinə qoşulmağıma baxmayaraq, məhkəmə həbs qətimkan tədbirini uzatmaqdan imtina etməklə bu şəraitdə bizləri sevindirdi. Hüquqlarını müdafiə etdiyim şəxs 9 aya yaxındır həbsdə idi".

Qeyd edək ki, martın 19-da Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında” qərar qəbul edilib.

Qərarda Azərbaycanın bütün məhkəmələrinə təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlərə (qətimkan tədbirlərinin seçilməsi, uzadılması, dəyişdirilməsi, ləğvi, inzibati həbs nəzərdə tutulan işlər, iddianın təmin tədbirlərinin görülməsi, əmr icraatı, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, bəzi kateqoriya üzrə xüsusi icraat işləri və sair) baxılması istisna olunmaqla, icraatlarında olan digər işlərə baxılmasının müvəqqəti olaraq təxirə salınması tövsiyə edilib.

Məhkəmələrə həmçinin İnzibati-Prosessual Məcəllənin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından, eləcə də Mülki Prosessual Məcəllənin tələbləri nəzərə alınmaqla mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılması imkanlarından istifadə edilməsi tövsiyə olunub. aprelin 20-dək qüvvədə olacaq.

Tarix
2020.04.02 / 18:20
Müəllif
Axar.az
Digər xəbərlər

Mehdiyev işi: İnsanları şoka salan məlumatlar olacaq

Diaspor rəhbərimiz Rusiya vətəndaşlığından məhrum edildi

"Lukoyl"a şad xəbər: Bakı layihələri sanksiyaya düşmədi

Ramiz Mehdiyevin yazışmaları ortaya çıxdı

Hikmət Hacıyev Almaniyanın dövlət katibi ilə görüşdü

İstanbulda 5 milyonluq oğurluq: Azərbaycanlılar saxlanıldı

Qəbələ, Laçın, Gəncə kimi şəhərlər... - Zaxarova

Müsəlman ölkələr toqquşdu: Tramp barışdıracaqmı?

Ceyhun Bayramov TÜRKPA-nın yeni baş katibi ilə görüşdü

Azərbaycan hərbi qulluqçuları Qarsda təlimdə - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla