Yuxarı

Bakıda nələr yaşanır: əcnəbi nədən gileyləndi?.. - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərar 5 aprel 00:00-dan qüvvəyə mindi. Yeni qadağalara bakılılar necə əməl edir?

Bununla bağlı Axar.az-ın Bakının mərkəz küçələrindən hazırladığı reportajı təqdim edirik:

İcazəsiz taksi xidməti

Lap başdan başlayaq: Şəhərin mərkəzə getmək üçün Əhmədli ərazisindən “Bolt taksi” çağırdım. Üzərində xüsusi dövlət nişanı olmayan adi maşın gəldi. Sürücüdən taksi fəaliyyəti üçün icazə alıb-almadığını və yol polisi tərəfindən saxlanılıb-saxlanılmadığını soruşdum.

Məlum oldu ki, adam fərdi avtomobilindən heç bir icazə olmadan taksi xidməti göstərmək üçün istifadə edir və evdən çıxmaq üçün SMS-icazə də almayıb...

Gün boyu 3 fərqli taksidən istifadə etdim. Yalnız London Taksi MMC-nin sürücüsü İsmayıl Məmmədov xüsusi maskada, əlcəkdə olmaqla yanaşı, həm də sərnişinlərin qeydinə qalaraq avtomobilinə spirt qoymuşdu. Bununla yanaşı maşının içində koronavirusla bağlı maarifləndirici yazılara da rast gəlinirdi. Sürücünün sözlərinə görə, bu tədbirlərin görülməsi MMC tərəfindən tövsiyə olunur və MMC-ə aid olan hər bir taksi xüsusi nəzarətdən keçir.

Şəhərdə maşınların sayı...

Əhmədlidən Cavanşir körpüsünə qədər ətrafdakı maşınların sayı olduqca az idi. Maşınların təxminən 15 faizi taksilər idi.

Maraqlıdır ki, “28 May” metrosuna çatana qədər yol polisinin hər hansı bir maşını saxlayıb sorğu-sual etdiyini görmədik.

Polisin vətəndaşlara nəzarəti

“28 Moll”un önündə ikisi polis, biri hərbçi olmaqla, hər 10 addımdan bir polis postlarına rast gəlmək mümkündür. Taksidən düşən kimi polis əməkdaşı yaxınlaşıb sənədlərimi və SMS-icazəmi göstərməyi tələb etdi.

Bu “28 May” ərazisindən Nizami küçəsinə qədər az qala hər 10 addımdan bir təkrarlanırdı.

Bom-boş Tarqovı...

Nizami (Məşhur Tarqovı) küçəsində polis, hərbçilər və xadimələrdən başqa heç kim yoxdur.

Mərkəzi küçələr, demək olar ki, bom-boşdur. Çox az halda vətəndaşlara mərkəzdə yerləşən marketlərin önündə və ya bankomatların qarşısında rast gəlmək olar.

Marketlərdə satıcı alıcıdan çoxdur

Mərkəzdən kənarda yerləşən super və hipermarketlərdəki vəziyyətin əksinə, mərkəzdəki marketlərdə alıcıya nadir hallarda rast gəlmək olur. Girdiyim supermarketlərin əksəriyyətindəki işçi sayı müştəri sayından çox idi. Maraqlı bir məqamı da qeyd edim ki, “Metro Park”da yerləşən “Rahat” marketin girişində səliqəli kostyumlu bir cənab sizin əllərinizə spirt vurmasa, marketə girişinizə icazə vermir.

Marketlərdə satıcı və kassirlər bir qayda olaraq əlcək və maskadan istifadə edir.

Əlcəksiz və maskasız adam yoxdur

Bir neçə saat ərzində mərkəzi küçələrimizdə bir nəfər belə olsa, maska və ya əlcəksiz vətəndaşa rast gəlmədim. Rastıma çıxan vətəndaşların 99 faizi tibbi əlcək geyinmişdi, təxminən 50 faiz həm əlcək, həm də maskadan istifadə edirdi.

Küçədə və marketlərdə rastlaşdığım insanlar arasında kiçik bir sorğu keçirdim. Müsahiblərimin böyük əksəriyyəti işləmə icazəsi olanlar idi. Yerdə qalan təxminən 10 faiz insan isə SMS-icazə xidmətindən istifadə edənlər idi. Onların sözlərinə görə, sistem olduqca qənaətbəxş işləyir. Belə ki, müsahiblərim iddia edir ki, SMS xəbərdarlıq sisteminə yollanmış mesaj cəmi 1-3 dəqiqə ərzində cavablanıb.

Əcnəbi özü yaxınlaşdı və...

Müşahidəmiz zamanı yaşlı bir əcnəbi jurnalist olduğumuzu anlayıb bizə yaxınlaşdı. Hollandiya vətəndaşı olduğunu və neft şirkətində çalışdığını dedi. Müsahibim dünya ölkələrində koronavirusun yayılmasının nəzarətdən çıxması ilə bağlı gileyləndikdən sonra Azərbaycandakı güclü polis nəzarətinin olmasının sevindirici hal olduğunu və hökumətin bu istiqamətdə atdığı addımları dəstəklədiyini dedi.

Tarix
2020.04.06 / 08:51
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla