Yuxarı

Ağstafada sakinlər etiraz etdi - Nazirlikdən reaksiya

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağstafada sakinlər etiraz etdi - Nazirlikdən reaksiya

16:57

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Ağstafa rayon şöbəsinin qarşısına bir qrup şəxs toplaşaraq, şöbənin direktoru Meydanalı Mansurovun vətəndaşları qəbul etməməsindən şikayətləniblər.

Axar.az xəbər verir ki, bu barədə Feysbukda "Poylu-Ağstafa" adlı səhifə məlumat paylaşıb. İddia edilib ki, M.Mansurov vətəndaşların şikayəti ilə maraqlanmır.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən saytımıza bildirilib ki, idarə karantin rejimi ilə əlaqədar vətəndaş qəbulunu dayandırıb:

"Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub.

İşsiz kimi qeydiyyata alınmaq və ya birdəfəlik ödəməni (190 manat) almaq üçün karantin rejimini pozub evdən çıxaraq Məşğulluq Mərkəzlərinə müraciət etmələrinə heç bir ehtiyac yoxdur. Xüsusi karantin rejimi ilə əlaqədar hazırda mərkəzlərdə vətəndaş qəbulu da həyata keçirilmir.

Eyni zamanda, işsiz şəxslərin qeydiyyatı yalnız elektron qaydada aparılır. Belə ki, işsiz şəxs qeydiyyata alınması üçün www.e-sosial.az portalına daxil olaraq “e-xidmətlər” bölməsindən “Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın ləğv edilməsi” xidmətini seçməlidir".

Nazirlik onu da bildirib ki, birdəfəlik ödəmənin verilməsində ünvanlılıq prinsipi və şəxsin ailə gəlirləri də nəzərə alınacaq.

Tarix
2020.04.06 / 21:00
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

"ŞƏT plyus" formatında yüksək səviyyəli görüş başladı - Canlı

Bu reallığı Ermənistan cəmiyyəti də etiraf edir

Bişkekdə dövlət və hökumət başçılarına ziyafət verildi

Paşinyan Bişkekdə ABŞ senatoru ilə TRİPP-i müzakirə etdi

ŞƏT-ə sədrlik bu ölkəyə keçdi

Azərbaycanla sərhəddə partlayış... – Xəbərdarlıq edildi

ŞƏT sammiti: 30-dan çox sənəd imzalandı

İlham Əliyev Pelleqrinini təbrik etdi

İlham Əliyev “Irıs Ordo” Konqres Mərkəzində... - Foto

İlham Əliyev Narenda Modi ilə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla