Yuxarı

Şirvanda karantini pozan daha bir “jurnalist” tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şirvanda karantini pozan daha bir “jurnalist” tutuldu

Şirvanda karantin rejimini pozan “jurnalist” saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar Şirvan şəhəri ərazisində xidmətdə olan polis əməkdaşları küçədə gəzən bir nəfərə yaxınlaşaraq icazə və şəxsiyyətini təsdiq edən sənədlərini tələb edərkən o, jurnalist olduğunu, çəkiliş etmək məqsədilə çölə çıxdığını bildirib.

Ondan vəsiqə tələb olunduqda heç bir sənəd təqdim edə bilməyib və planşetlə yoxlanılarkən 8103 SMS icazə sistemindən də icazəsinin olmadığı məlum olub. Özünü reportyor kimi qələmə verən həmin şəxs Polis Şöbəsinə dəvət edilib.

Şirvan Şəhər Polis Şöbəsində onun əvvəllər xəbər saytlarından birinin müxbiri işləyən, ancaq sonradan işdən kənarlaşdırılan və hazırda heç bir media orqanının əməkdaşı olmayan Şirvan şəhər sakini Mirsahib Səmədov olduğu müəyyən edilib.

M.Səmədovun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün şəhər məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, 20 gün müddətində inzibati həbs olunub.

Xatırladaq ki, bundan əvvəl Şirvanda yaşayan İbahim Vəzifov adlı digər jurnalist karantin rejimini pozduğuna görə 25 sutka inzibati həbs cəzası almışdı.

Tarix
2020.04.16 / 11:36
Müəllif
Axar.az
Digər xəbərlər

İsveçrə XİN rəhbəri Azərbaycana təşəkkür etdi

Daha bir ölkə Tehrandakı səfirliyini Bakıya köçürdü

Bayramov Pakistan XİN rəhbəri ilə regionu müzakirə etdi

Türkiyənin bu kanalı Azərbaycanı “hədəf” göstərdi

Rusiyanın yardımla yüklü təyyarəsi Lənkərana endi - Video

Bakı və İrəvan arasında sülh prosesi Fransada müzakirə edildi

Qonşu ölkələr ABŞ bazalarını bağlamalıdır... - Xamenei

Xamenei xalqa ilk müraciətini etdi: Qisas alınacaq!

Çalışırıq ki, kimsə gəlib regionda bizə dərs deməsin!

İrana ilk humanitar yardımı Azərbaycan göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla