Yuxarı

Valideynlər karantindən sonra bu yola əl atacaq - Psixoloq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirusla əlaqədar təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin mayın 4-dək uzadılmasından sonra bəzi valideynlər sosial şəbəkələrdə övladlarını hələ bir müddət də məktəbə buraxmayacaqlarını bildiriblər. Onlar övladlarının virusa yoluxmaq təhlükəsindən ehtiyat etdikləri deyiblər.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən psixoloq Gülnar Orucova bildirib ki, koronavirus bitsə belə, bu qorxular müəyyən valideynlərdə özünü göstərəcək.

“Panikaya düşən, nevrozdan əziyyət çəkən şəxslər bəzi şayiələrə inanırlar. Belə valideynlər hətta karantin bitdikdən sonra övladlarını məktəbə getməyə qoymayacaqlar. Bunu sağlamlıq barədə saxta arayışlar və s. hesabına etməyə çalışacaqlar. Bəziləri hətta bu virusla bağlı uşaqlarda qorxu yaradırlar. Belə olan halda uşaqlar özləri də məktəbə getməkdə maraqlı olmurlar. Bunun olmaması üçün onlarda pandemiyanın bitməsi və ya azalması barədə güvən duyğusu yaratmalıyıq. Valideynlər övladlarına virusdan necə qorunmanın yolunu başa salmalıdır. Həmçinin bu istiqamətdə sosial çarxlar çəkilməli, psixoloqlar, həkimlər, KİV maarifləndirmə işlərini davam etdirməlidir. Uşaqlar virusa yoluxmaqdan qorxsalar, təlim-tədris prosesindən geri qalacaqlar. Bu səbəbdən saxta arayışların verilməməsi üçün aidiyyəti sahəyə ciddi nəzarət edilməlidir”, - G.Orucova qeyd edib.

Tarix
2020.04.20 / 23:52
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla