Yuxarı

Mirvari Fətəliyeva koronavirusa qalib gəldi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mirvari Fətəliyeva koronavirusa qalib gəldi

Paris Azərbaycan Evinin prezidenti, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva koronavirus xəstəliyinə qalib gəlib.

Axar.az xəbər verir ki, bu barədə Mirvari xanım özü Feysbuk səhifəsində məlumat yayıb.

Həmin statusu təqdim edirik:

"Əziz doğmalar, dostlar, tanışlar! Bir aydan çox sürən COVİD-19 xəstəliyni artıq geridə qoyduğum üçün hər birinizə bir daha bu çətin günlərimdə mənə göstərdiyiniz diqqət və qayğı üçün təşəkkür etmək istədim.

Sizlərin mənə olan bu mənəvi dəstəyi, sevgisi bütün dərmanlardan güclü oldu.

Hər birimiz üçün çətin olan bu dövrdə xalqımıza xas olan insani dəyərlərin, həmrəyliyin nə qədər mühüm olduğunu bir daha anladım.

Bu virusa yoluxmuş biri kimi öz təcrübəmə əsaslanaraq onu deyə bilərəm ki, bu xəstəliyə qalib gəlmək üçün ən əsası panikaya düşməmək, qorxmamaq, immunitetinizi gücləndirmək üçün xoş əhval-ruhiyyədə qalmaq ən vacib şərtlərdəndir.

Odur ki, hər birinizi dövlət tərəfindən qoyulan qayda-qanunlara riayət etməyə səsləyir və inanıram ki, tez bir zamanda birlikdə dünyanı bürüyən bu bəlaya qalib gələcək və sağlam dünyamıza qovuşacağıq".

Tarix
2020.04.21 / 20:39
Müəllif
Axar.az
Digər xəbərlər

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla