Yuxarı

ABŞ musiqiçiləri “Ay Laçın”ı ifa etdi – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ musiqiçiləri “Ay Laçın”ı ifa etdi – Foto

Dünən axşam Bakı caz mərkəzində "Azərbaycan Amerika günləri" layihəsi çərçivəsində 5 günlük ziyafət tədbirinin açılışı olub.

Axar.az əməkdaşının tədbirdən əldə etdiyi məlumata görə, ayın 11-i başlayan tədbir proqramı ayın 14-ə qədər davam edəcək.

Tədbir Amerikanın Azərbaycan səfiri Robert Sekutanın çıxışı ilə başladı. Səfir bildirdi ki, Amerika günlərinin Azərbaycanda keçirilmə məqsədi Amerika mədəniyyətinin müxtəlifliyini Azərbaycan vətəndaşlarına nümayiş etdirmək və ölkələr arasındakı qarşılıqlı anlaşmanı genişləndirməkdir.

Amerika mədəniyyətini təmsil edən bir qrup nümayəndə Bakı şəhərində "Amerika mənim gözlərimlə" adlı əl işləri sərgisi keçirməyi planlaşdırır.

Həmçinin 5 günlük proqrama Amerika filmlərinin nümayişi daxildir.

Tədbir Azərbaycanın bir sıra regionlarında: Quba, İsmayıllı, Qəbələ, Sumqayıt, Mingəçevir, Naxçıvan və Şəkidə davam edəcək.

Açılış mərasimində qonaqlar tərəfindən ən maraqlı və coşqu ilə qarşılanan məqam gənc xanəndə Mirələm Mirələmovun ifasında səslənən "Ay Laçın" xalq mahnısının Amerika "Sfinks" klassik musiqiçilərinin müşayiəti ilə təqdim etməsi oldu. Musiqiçilər gözəl ifa təqdim etmək üçün bir neçə saat fasiləsiz məşq etdiklərini vurğuladılar.

Tarix
2015.03.12 / 18:44
Müəllif
Aynur Nurlu
Digər xəbərlər

Ərdoğanın Azərbaycana sevgisi ürəkdən gəlir, bu da... - AKP

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla