Yuxarı

Cüdoçularımız 100 ailəyə yardım etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cüdo üzrə Azərbaycan milli komandasının üzvləri Heydər Əliyev Fondunun "Biz birlikdə güclüyük" sosial aksiyasına qoşulublar.

Axar.az xəbər verir ki, milli komandanın üzvləri, Olimpiya Oyunları, dünya və Avropa çempionatlarının mükafatçıları olan cüdoçuları onlara verilən prezident mükafatından 100 ailəyə yardım göstəriblər və bütün idmançı dostlarını da imkansız ailələrə yardım etməyə səsləyiblər.

Cüdo üzrə həm kişilər, həm də qadınlardan ibarət milli komandalarının təşəbbüsü ilə xüsusi karantin rejiminin qaydalarına əsasən çölə çıxa bilməyən, tənha yaşayan insanlara, eləcə də maddi yardıma ehtiyacı olan insanlara və aztəminatlı ailələrə ərzaq yardımı göstərilib.

Milli komandanın kapitanı, Avropa və dünya çempionatının mükafatçısı Nicat Şıxəlixadə və Rio Olimpiya Oyunlarının gümüş medalçısı, Avropa və dünya çempionatının mükafatçısı Elmar Qasımov 100 ailəyə baş çəkərək onlara ərzaq paylayıblar.

Yardım təqdim edilən vətəndaşlarla maarifləndirici söhbətlər aparılıb, xüsusi karantin rejiminin qaydalarına riayət etmələrinin onların özləri və yaxınlarının sağlamlığı üçün vacib olduğu diqqətə çatdırılıb.

Tarix
2020.04.30 / 01:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla