Yuxarı

Həkimdən xəbərdarlıq: “Yay planı” qurmayın

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həkimdən xəbərdarlıq: “Yay planı” qurmayın

İndi yayla bağlı istirahət planı qurmaq vaxtı deyil. Hələ yoluxma riski var və hətta qadağalar yumşaldılsa belə, karantin şərtləri infeksiya yoxa çıxana qədər davam etdirilməlidir. Çimərliklərdən istifadə məsələsi də müəyyən şərtlər daxilində olmalıdır.

Bu sözləri Axar.az-a tibb üzrə professor Adil Qeybulla pandemiyadan sonra çimərlik mövsümündə dənizə getməyin təhlükəsi barədə danışarkən deyib.

A.Qeybulla bildirib ki, artıq karantin tədbirləri yumşaltmağa başlayıb və bu proses gedir:

“Təbii ki, mərhələ-mərhələ böyük ticarət obyektləri, iaşə obyektləri, restoranlar, əyləncə mərkəzlərinin açılması davam edəcək. Bu təbiidir və karantin tədbirləri uzun müddət davam edə bilməz. Ancaq karantin şərtləri infeksiya yoxa çıxana qədər davam etməlidir. Bunu insanlar başa düşməli, anlamalı və riayət etməlidir.

Bu gün insanlar sanki infeksiyanı iqnor ediblər və etinasız yanaşırlar, maskasız gəzirlər, dezinfeksiya tədbirləri görmürlər, sosial məsafə saxlamırlar. Biz ikinci dalğadan ona görə narahatıq ki, o, daha təhlükəlidir. İkinci dalğa zamanı yoluxmayan insan təhlükə altında olur. Ya hər kəs qaydalara riayət etməli, ya da heç bir tədbir görülməməlidir, hamı yoluxmalı, ölən ölməli, kollektiv immunitet yaranmalıdır. Onda da dayanıb infeksiyanın yoxa çıxacağı günü gözləməlisən”.

A.Qeybulla bildirib ki, yayda çimərliklərdən müəyyən şərtlərlə istifadə edilməlidir:

“Təəssüf ki, vətəndaş məsuliyyəti çox aşağıdır.

Çimərliklərdən istifadə məsələsi də müəyyən şərtlər daxilində olmalıdır. Çimərliklərdən az istifadə edilsə, daha yaxşı olar. Çünki çimərliklər ümumidir və çox vaxt həddən artıq sıxlıq olur. Hələ infeksiyanın nə vaxt yoxa çıxacağı məlum deyil. Yaxşı olar ki, yay planı qurmaqdansa, yoluxma riskini azaltmaq üçün tədbirlər görülsün”.

Tarix
2020.05.05 / 14:36
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Avropa şokda: Rusmeyilli radikallar seçkini uddu - Nə baş verir?

İlham Əliyev Şimali Makedoniya prezidentini təbrik etdi

"Quardian"dakı Azərbaycanla bağlı məqaləyə rəsmi reaksiya

Putin onları yola salan kimi bu ölkəyə getdi

Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir?

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

Putin İlham Əliyevə zəng etdi

Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı

Bakı İqlim Fəaliyyəti Həftəsi başladı

Paşinyanın erməni dilində çıxışı: Kreml bunu gözləmirdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla