Yuxarı

“Qarabağ” azarkeşləri üçün məyusedici xəbər...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qarabağ” azarkeşləri üçün məyusedici xəbər...

Heyətini yeniləyən və bu mövsüm də çempionluq üçün mübarizə aparan "Qarabağ"ın iki futbolçusu ilə bağlı yeni xəbər var.

Axar.az Qol.az-a istinadla xəbər verir ki, Ağdam təmsilçisinin yeni transferlərindən olan hücumçu Zakaria Savo artıq məşqlərə başlayıb.

Qambiyalı futbolçu iyulun 30-u SSKA-ya (Bolqarıstan) qarşı Sofiyada keçirilən UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçında zədə almış, o vaxtdan bəri komandasının vacib oyunlarını buraxmalı olmuşdu.

Təxminən 5 həftəlik fasilədən sonra Savo artıq hazırlıq prosesinə qoşulub. Düzdür, o, hələ tam hazır vəziyyətdə olmadığından dünən "Araz Naxçıvan"a qarşı keçirilmiş Misli Premyer Liqasının 4-cü tur matçında heyətdə yer almayıb. Amma ola bilsin, biz bu həftə Savonun adını "Zirə"yə qarşı 5-ci tur oyununun (13 sentyabr) iştirak ərizəsində görə bilək.

"Qarabağ" azarkeşləri üçün məyusedici xəbər isə Bəhlul Mustafazadə ilə bağlıdır.

Bu ilin fevralında üzləşdiyi zədə səbəbindən 6 ay oynamayan 27 yaşlı mərkəz müdafiəçisi yenə yaşıl meydanlardan kənarda qala bilər.

Məlumata görə, Mustafazadənin ayağının əməliyyat olunan hissəsində problem yaranıb. Mümkündür o, müayinə olunmaq üçün yenidən ölkə xaricinə üz tutsun. Bu halda, Mustafazadə daha bir neçə matçda komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, B.Mustafazadə bu mövsüm cəmi 1 oyunda - "Şamaxı" ilə çempionatın 1-ci tur matçında iştirak edə bilib.

Tarix
2026.09.08 / 12:57
Müəllif
Axar.az
Digər xəbərlər

Vəzifəsindən azad olunan polkovnik Əsədova yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

İlham Əliyev və Ramzan Kadırov Ağ Şəhərdə... - Foto

Kadırov buna görə İlham Əliyevə başsağlığı verdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Rusiya və İranın zəifləməsi Azərbaycana sərf edər

Ermənistan silahlanır, generalları tez-tez sərhədə gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla