Yuxarı

Bakıda metroya maskasız girən şəxs həbs edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda metroya maskasız girən şəxs həbs edildi

Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara əsasən, ötən gün saat 06:00-dan "Bakı Metropoliteni" QSC-nin sərnişindaşıma fəaliyyəti bərpa edilib.

Axar.az xəbər verir ki, bu barədə metropolitenin açıqlamasında bildirilib.

Məlumatda həmçinin qeyd olunub ki, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Bakı metrosu Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun fəaliyyət göstərməlidir. Bu xüsusda “İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstəriş”in tələblərinə əməl olunmalı, o cümlədən metropolitendə hərərkət edən sərnişinlər tibbi maska taxmalıdırlar.

Bununla belə, mayın 9-da metronun “20 Yanvar” stansiyasında 1986-cı il təvəllüdlü Bakı sakini Nicat Rəhmanoğlu polisin tibbi maska taxmaq barədə göstərişinə əməl etməyərək onunla mübahisə edib və inzibati məsuliyyətə cəlb edilib. İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsinin tələblərinə zidd hərəkət etmiş vətəndaş Yasamal rayon məhkəməsində səhvini etiraf edib. Ona 10 sutka həbs cəzası verilib.

Ümumən, metropoliten ərazisində 167 nəfərə rəsmi xəbərdarlıq edilib. Qayda pozuntusuna təkrar yol verəcəkləri təqdirdə İnzibati Xətalar Məcəlləsinə uyğun məsuliyyətə cəlb olunacaqları onlara bildirilib.

Tarix
2020.05.10 / 12:49
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıdan Fransaya çağırış: Buna son qoyun!

Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir

Ermənistanın Xudavənglə bağlı revanşist mövqeyinə reaksiya...

Bakıda yaxşı deyil, İrəvan və Tiflisdə isə daha pisdir

“Məhsul şəhadətnaməsi haqqında” qanun hazırlandı

Qız uşaqları bətndəcə məhv edilir – Təhlükə...

Bakıda var, Tiflisdə var – bəs, İrəvanda niyə yoxdur?

Ərdoğan bu torpağa ayaq basa bilməyəcək – Katz

Azərbaycan XİN Çilini təbrik etdi

Ermənistanda TRİPP layihəsinin icrası müzakirə olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla