Yuxarı

Bakıda supermarketə basqın edənlər kameraya düşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda supermarketə basqın edənlər kameraya düşdü

Martın 16-da saat 04:30 radələrində, Yasamal rayonu Z.Xəlilov küçəsi ev 62 ünvanında yerləşən və Əliyev Seyfəddin Nəsib oğluna məxsus "Makro market" mağazasından oğurluq cəhdi olub.

Daxili İşlər Nazirliyindən lent.az-a verilən məlumata görə, Baş Mühafizə İdarəsinin Mərkəzi Mühafizə Məntəqəsinə (MMM-ə) daxil olmuş "həyəcan" siqnalını yoxlayarkən, obyektin arxa plastik qapısının sındırıldığını aşkar edilib. Operativ tədbirlər nəticəsində obyektdən oğurluğa cəhd edən 1991-ci il təvəllüdlü Nəsirov Cavid Eldar oğlu və 1991-ci il təvəllüdlü Qədimov Nihad Musa oğlu hadisə yerindən qaçmaq istəyərkən tutulub. Onların üzərindən bir ədəd vintaçan, bir ədəd kəlbətin və bir ədəd xüsusi dəmir alət götürülüb. Həmin şəxslər Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə təhvil verilib.

Obyektin daxilində istismar olunan video müşahidə sisteminin yaddaş qurğusuna baxış keçirilərkən, C.Nəsirov və N.Qədimov oğurluğa cəhd etdiklərini etiraf ediblər. Bölmədə onların digər oğurluqlarda iştirakı məsələsi araşdırılır. Hadisə yerinin yaxınlığında onlara məxsus "VAZ 2106" markalı 10 HA 541 dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili aşkar edilib.

Faktla bağlı Yasamal RPİ-nin 29-cu PB-də araşdırma aparılır.

Tarix
2015.03.18 / 11:05
Müəllif
Axar.az
Digər xəbərlər

Berlindən Bakı və İrəvan paylaşımı: Tarixi bir təkan...

BTQ Fransa və Niderlandın müstəmləkəçiliyinə qarşı çıxdı

Dünyanı idarə edənlər insanlığın başını bu şou ilə qatır

İlham Əliyev Sinqapur prezidentini təbrik etdi

Misir Mərdanovla bağlı vacib detal - Foto

Paşinyanın Əliyevə zənginin səbəbi - Taleyüklü məsələ...

Azərbaycan bundan hər il 3 milyard dollar qazanacaq

ABŞ razılaşmağa çalışır, Çin rədd edir - Nə baş verir?

Əliyevlə Trampın telefon danışığı nə qədər davam edib?

İlham Əliyev Trampa məktub ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla