Yuxarı

Ermənilərdən məktublar alırıq - Gəncəliyev

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilərdən məktublar alırıq - Gəncəliyev

Dağlıq Qarabağın işğalı bütün beynəlxalq birlik tərəfindən pislənir.

Axar.az xəbər verir ki, bu barədə “Eurasian Regional Center of İCYF” – İslam Həmrəyliyi Gənclər Forumunun Avrasiya Regional Mərkəzi tərəfindən keçirilən onlayn müzakirə zamanı Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev bildirib.

O, işğal olunmuş ərazilərin boşaldılmasını tələb edən çoxlu sayda qətnamə və qərarların Ermənistan tərəfindən hələ də qulaqardına vurulduğunu xatırladıb:

“Biz bu işğala son qoymalıyıq. Münaqişənin həll olunmaması bütün regiona, o cümlədən Qarabağdakı ermənilərə mənfi təsir edir. Azərbaycan torpaqlarını azad etmək üçün hər cür hüquqi əsasa da, hərbi qüdrətə də malikdir”.

İcma rəhbəri Ermənistan tərəfinin bu münaqişənin həllində maraqlı olmadığını da dilə gətirib:

“Bir qarabağlı kimi mən Qarabağ ermənilərinə dəfələrlə müraciət etmiş, onları barışığa çağırmışam. Eyni zamanda bölgənin Ermənistan tərəfindən işğalını pisləyən, əvvəlki kimi yaşamaq istəyən Qarabağ ermənilərindən məktublar alırıq. Münaqişə dinc yolla həll edilsə, hər kəs bütün regionun inkişafının şahidi olacaq. Dağlıq Qarabağ tarixən Azərbaycan torpağı olub”.

Tarix
2020.05.21 / 19:05
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...

Paşinyan elan etdi: TRİPP-in icrasına başladıq

Paşinyan: Yeni Konstitusiya bizə sülh gətirəcəkmi?

Laçından Mehriyə keçmişdi: 1 noyabrdan Molodeçnodur

Türkiyədə İlham Əliyevin adından yayılan bu fikirlər...

Ermənistanda Nəsimi haqda müəmma: nəyi gizlədirlər?

Nazirlər Milli Məclisə toplanır

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla