Yuxarı

Naxçıvan istiqamətində hərbi maşın vuruldu: kimindir? – Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Naxçıvan istiqamətində hərbi maşın vuruldu: kimindir? – Video

Erməni mediası Naxçıvan istiqamətində təmas xəttində bir maşının vurulmasını əks etdirən video paylaşıb.

Axar.az xəbər verir ki, erməni mediası yanan avtomobilin Azərbaycan Ordusuna məxsus hərbi texnika olduğu haqda sosial şəbəkədə yayılan məlumata Müdafiə Nazirliyinin cavabını dərc edib.

Erməni mediasına danışan Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan bu cür videolara şərh verilmədiyini qeyd edib.

“Ermənistan silahlı qüvvələri heç vaxt bu cür təşəbbüslərə cəhd etmir, biz yalnız provokasiyaya cavab veririk. Düşmənin istənilən provokasiyası adekvat cavablandırılır”, - o deyib.

Erməni mediası 27 may tarixində Azərbaycan Ordusunun erməni silahlı qüvvələrinə aid "UAZ-Patriot"u məhv etdiyini xatırladaraq, yayılan videonun “adekvat” olduğu təəssüratını yaratmağa cəhd edib.

Azərbaycan Müdafiə Nazirliyindən isə Virtualaz.org-a bildirilib ki, yayılan informasiya yalandır:

“Azərbaycan ordusunun mayın 31-də Naxçıvan istiqamətində heç bir texnikası vurulmayıb. Tam əminliklə bəyan edirik ki, həmin kadrlarda əks olunan texnika bizə məxsus deyil”, - nazirlikdən vurğulanıb.

Armiya.az öz mənbələrinə əsasən həmin kadrların əslində 27 mayda ermənilərin texnikasının vurulması zamanı çəkildiyini yazıb.

Tarix
2020.06.02 / 00:14
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla