Yuxarı

TƏBİB: Karantin sərtləşdirilmələri olarsa...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
TƏBİB: Karantin sərtləşdirilmələri olarsa...

Biz vətəndaşlardan xahiş edirik ki, gələcəkdə həftəsonu bu tipli karantin sərtləşdirilmələri olarsa, 103 xidmətinə olan xırda çağırışların çox olmaması üçün dərmanların alınması və s. kimi məsələləri əvvəlcədən həll etsinlər.

Axar.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

O qeyd edib ki, həftə sonunda 103 xidmətinə çağırışların sayı artdığı üçün ünvanlara çatmada ləngimələr oldu, bunu etiraf etməliyik.

TƏBİB sədri bildirib ki, təcili yardım xidmətinin işçiləri gündəlik olaraq ünvanlara gedir, COVİD-19-la bağlı müayinələr aparır və nümunələr götürürlər:

"Müayinələrin cavabı bəlli olduqdan sonra isə pozitiv çıxan xəstələr xüsusi rejimli xəstəxanalara təxliyə edilirlər. Təcili yardım xidmətinin digər briqadaları isə digər xəstəliklər üzrə çağırışlara gedirlər. Lakin küçəyə çıxma qadağası ilə əlaqədar vətəndaşlar ən kiçik şikayətlər üçün də təcili yardıma müraciət ediblər, bununla əlaqədar olaraq da gündəlik çağırış sayı 800-dək artıb".

Sərt karantin qaydalarının tətbiq edildiyi şənbə və bazar günlərində Azərbaycan vətəndaşlarının çox ciddi həmrəylik nümayiş etdirdiyini deyən R.Bayramlı əlavə edib ki, əksər insanlar karantin qaydalarının tələblərinə ciddi şəkildə əməl edib.

O, buna görə Azərbaycan vətəndaşlarına təşəkkür də edib.

Tarix
2020.06.08 / 19:33
Müəllif
Axar.az
Digər xəbərlər

İran yenə Ermənistanla bağlı “qırmızı xətt”indən danışdı

Zaur Şiriyev İrəvanda: Biz orta gücük!

Qırğızıstan Bakıda torpaq sahəsi istəyir - Müraciət

Azərbaycan qazı AB-nin daha iki ölkəsinə çatdı - Əliyev

Azərbaycan və Türkiyə hərbçiləri arasında müzakirə...

İlham Əliyev Kaya Kallası qəbul etdi

Bu şəxslər Ekvadora vizasız gedə biləcək

Prezident bu sazişi təsdiqlədi

İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır

Ceyhun Bayramov Kaya Kallasla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla