Yuxarı

Bu polis niyə təhqir edilir? - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yasamalda karantin rejimini pozan və polisin başına müxtəlif maddələr atan şəxslərə qarşı keçirilən əməliyyatdan sonra sosial şəbəkələrdə fotosu yayılan polis əməkdaşı Yusif Bəbir oğlu Ağayevin vətəndaşlara “dovşan” deməsi haqda iddialar əsassızdır.

Bu barədə Axar.az-a Y.Ağayevin qonşuları məlumat verib. Onlar bildirib ki, videogörüntülərə baxanda hansısa polisin bir qadın və onun həyat yoldaşına qarşı bu ifadələri işlətdiyi görünür:

“Amma orada qadına və həyat yoldaşına “dovşan” deyən Yusif Bəbir oğlu Ağayev deyil, başqasıdır. Hansı ki, “dovşan” deyən şəxs artıq polis orqanlarından xaric edilib. Yusif Ağayevin isə bu məsələdə heç bir günahı yoxdur. Hətta o ərazidə yaşayan sakinlər də etiraf edə bilər ki, Yusif müxtəlif məsələlərdə vətəndaşlara yardım edib. Amma kimlərsə haqsız olaraq Yusif Ağayevin fotosunu sosial şəbəkələrdə paylaşaraq, onu çox ağır sözlərlə təhqir edirlər. Qəti şəkildə bildirmək istəyirik ki, Yusif qadına və ərinə “dovşansınız” deməyib”.

Qonşuların sözlərinə görə, Yusif Ağayev Şuşadan məcburi köçkündür və daim vətəndaşlara xidməti, asayişi qoruması ilə nümunə olub:

“Əməliyyat zamanı çəkilmiş videodan Yusifin təsadüfi bir görüntüsünü skrin edib paylaşırlar və yazırlar ki, guya o, qadına, ərinə “dovşan” deyib. Bu, haqsızlıqdır. Onun özünün, ailəsinin ünvanına o qədər ağır təhqirlər yazırlar ki! Hətta bu söyüş və təhqirlərdən Yusif Ağayevin həddən artıq sarsıldığını da bilirik. Bir vətəndaşa “dovşan” deyilməsini təhqir olduğunu yazanlar Y.Ağayevin ünvanına heç bir səbəb olmadan insana yaraşmayan söyüşlər yazırlar. Hər kəs bir ailə başçısıdır. Sosial şəbəkədə faktiki olaraq Y.Ağayevin həyatı ilə oynayırlar, ona terror edirlər”.

Qeyd edək ki, iyunun 7-də Yasamalda karantin rejimini pozan və polisin başına müxtəlif maddələr atan şəxslərə qarşı keçirilən əməliyyat zamanı polislərdən biri vətəndaşa “dovşan” deyib. Bundan sonra sosial şəbəkələrdə həmin polisin Yusif Bəbir oğlu Ağayev olması haqda əsassız xəbər yayılıb.

Məlumat üçün bir daha bildirək ki, vətəndaşlara “dovşan” deyən polis əməkdaşı artıq işdən və polis sıralarından azad edilib.

Tarix
2020.06.10 / 12:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla