Yuxarı

Deputatdan Neftçaladakı problemlə bağlı - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Deputatdan Neftçaladakı problemlə bağlı - Açıqlama

Hazırda dəniz suyunun Kürə qarışması demək olar ki, dayanıb, vəziyyət stabilləşib. Problemin həlli üçün operativ fəaliyyətə keçən əlaqədar təşkilatların işi təqdir olunmalıdır.

Axar.az xəbər verir ki, bunu Neftçala rayonundan millət vəkili seçilən Sabir Rüstəmxanlı Xəzər dənizinin suyunun Kürə qarışması nəticəsində rayonun içməli su qıtlığı ilə üz-üzə qalması ilə bağlı Musavat.com-a açıqlamasında deyib.

Millət vəkili duruma operativ müdaxilə edildiyini bildirib:

“Neftçala Rayon İcra Hakimiyyətində qərargah yaradıldı və "Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə problemin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilməyə başlandı. Rayon sakinləri də həmin vaxt razılıqla bildirirdi ki, insanların içməli su ilə təmin olunması üçün işlər görüldü”.

Qeyd edək ki, Neftçala rayonunda içməli su problemi yaranmışdı. Belə ki, çayda suyun səviyyəsinin hədsiz dərəcədə aşağı düşməsi nəticəsində Xəzər dənizinin suyu Kürə axırdı. Ekoloji hadisə Neftçala rayonunda Kürün Xəzərə töküldüyü yerdə, yəni çayın mənsəbində baş vermişdi.

Dəniz suyunun 30 kilometr məsafədə Kür çayına qarışması nəticəsində rayonun Sübh, Qırmızı Şəfəq, Yenikənd, 1 nömrəli, 2 nömrəli Mayak, Bankə qəsəbəsi, Kürkənd, Uzunbabalı, Şirvanlı, Tatarməhlə kəndləri və rayon mərkəzi içməli su qıtlığı ilə üzləşmişdi.

Tarix
2020.06.11 / 15:00
Müəllif
Axar.az
Digər xəbərlər

Tiflis körpüsü bayrağımızın rəngləri ilə işıqlandırıldı - Foto

XİN Azərbaycan xalqını bu sözlərlə təbrik etdi

İlham Əliyevin Müstəqillik Günü ilə bağlı paylaşımı - Foto

Əli Nağıyev MDB iclasında iştirak etdi

Bakı metrosu genişləndirilir: 10 yeni stansiya tikiləcək...

Mustafayev Rusiya müdafiə nazirinin müavini ilə görüşdü

Azərbaycanda benzin bahalaşa bilər

Zelenskidən İlham Əliyevə: İnanıram ki, bundan sonra...

Azərbaycanla Gürcüstanın dostluğu güclənir - Kavelaşvili

Paşinyan açıqladı: Ən geci bir ay ərzində...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla