Yuxarı

Bu rayon ekoloji fəlakət həddindədir - Millət vəkili

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu rayon ekoloji fəlakət həddindədir - Millət vəkili

Son günlər Neftçala rayonunda içməli suyun şorlaşması, rayon sakinlərinin həyatında yaranan problemlər ciddi narahatlıq doğurub.

Axar.az xəbər verir ki, Neftçaladan millət vəkili seçilən Sabir Rüstəmxanlı problemi gündəmə gətirib.

"Kür çayının səviyyəsi son illərdə aşağı düşməkdə davam edir. Bu hal Kürsahili ərazilərdə, daha çox isə Neftçala rayonunda narahatlıq yaradır. Kürün səviyyəsinin çox aşağı düşməsi və kəskin xəzrilərin əsməsi suyun şorlaşmasına səbəb olur. Su azalır, xəzri dəniz suyunu Kürə qovur və bu, vəziyyəti pis məcraya salır. Vəziyyət son həftədə daha kəskin hal alıb, artıq heyvanlar belə su içməkdən imtina edir", - S.rüstəmxanlı qeyd edib.

Millət vəkili Neftçalanın Kürsahili kəndlərində, Mayak, Yenikənd, Bankə qəsəbəsi, Neftçala şəhərinin özündə evlərə şor su gəldiyi üçün əhalinin sudan imtina etməyə məcbur olduğunu vurğulayıb.

Qeyd edək ki, millət vəkili Sabir Rüstəmxanlının Milli Məclisdə qaldırdığı məsələ bir müddətdir mövcuddur. Artıq Kürdəki suyun şorlaşması Salyan ərazisinə qədər gedib çıxıb.

Tarix
2020.06.05 / 15:21
Müəllif
Axar.az
Digər xəbərlər

Kamboca baş naziri Azərbaycana gəldi

Tramp Ukraynaya ən dəhşətli xəyanətini etdi - KİV

Məktəblərdə geyim qaydaları... - QHT Forumu çağırış etdi

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla