Yuxarı

Polis də çəkinir: bunun bədəlini ödəyəcəyik – Millət vəkili

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Acı-acı düşünürəm ki, bu millət nə siyasətdə, nə sağlıqda, nə də gələcəyə münasibətdə niyə xeyrini-şərini anlamır? Ötən gün bir qızın paylaşdığı videoya baxdım. Balkondan video çəkərək küçədən keçən polislərə sataşırdı. “Bəlkə soyunum məni də gəlib evdən aparasınız” deyirdi. Bu həyasızlığın qarşısında polislər təmkinlə yollarına davam etdilər.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa bildirib. Deputat qeyd edib ki, cahillik bizi koronanın qarşısında məğlub duruma gətirib:

“Əsəbləri onsuz da gərgin olan, üç aydır həyatı riskin altında vətəndaşımızın nazını çəkən tibb işçilərimizə və polislərimizə qarşı göstərdiyiniz bu küstahlığın bədəlini mütləq ödəyəcəksiniz, həm də bir çox hallarda canınızla. İnsan haqları küyçüləri, bu insanların haqlarına girdiyinizə görə onlar haqlarını sizlərə çətin ki, halal etsinlər.

Əslində maska taxmamağa görə qanunvericilikdə cərimə nəzərdə tutulsa da, vətəndaş provokasiyası ilə qarşılaşmasın deyə, artıq polis də bunu irad olaraq insanlara bildirməkdə çətinlik çəkir. Xəstəxanalardan onlarla həkim, tibb bacısı zəng edib vəziyyətin kritik olduğunu söyləyir. Artıq xeyli insanın xəstəxanada yer olmadığına, həkim çatışmadığına görə evində müalicə aldığını bilirik. “İnanmıram” deyənlər inanların taleyini həll etməyə başlayıblar. Özümün onlarla tanışım orta-ağır vəziyyətdə ölümlə çarpışırlar xəstəxanada. Bir gerizəkalı vəkil zəng edib deyir ki, bu xəstəliyə inanmıram, sizlər də hər dəfə xalqı qorxudursunuz. Deyirəm ki, QİÇS xəstəliyinə inanırsan? Deyir, əlbəttə. O halda haçansa QİÇS tutmusan? Deyir, yox. O zaman koronavirusa inanmaq üçün hökmən gərək yoluxasan?”

F.Mustafa bildirib ki, bu pandemiya şəraitində Azərbaycan hökuməti çox işlər gördü və görməkdədir:

“Deyən gərəkdir, millət, gəlin başqa işləri qoyaq kənara, heç olmazsa, bu işdə görürsənmi ki, hökumət sənin yanındadır? Niyə yerindən olmalısan ki? Qoy bu xəstəlik sovuşsun, sonra görək nə edə bilirik. Hələ də xəstəliyin olmadığını sübut eləməyə çalışan insanabənzər məxluqlar var. Guya adi xəstəlikdən ölənləri "koronavirusdan öldü" deyə yazdırmaq üçün pul təklif edənlər varmış. Yalanın, fitnənin bu boydası... nə deyəsən? Üzü payıza gələcək ikinci dalğa pis sürprizləri önümüzə çıxaracaq. Müşahidəm onu göstərir ki, təcili görüləcək tədbirlərin başında bir neçəsi aşağıdakılar ola bilər. Türkiyədəki kimi, avtobusda maska taxmayan, yaxud da mindikdən sonra maskasını çıxaran insanı təsbit edən kimi sürücü nəqliyyatı idarə etməkdən imtina etməlidir ki, sərnişinlər özləri bu qanuntanımazı yerə düşürsünlər. Maskasız sərnişin daşıyan nəqliyyat şirkətinə dərhal cərimələr kəsilsin. O halda əlavə 30 qəpiyin avantajı üçün maskasız adamı avtobusa almayacaq.

İkincisi, marketlərə maskasız daxil olan hər bir şəxsə görə market sahibinin cərimələnməsini dərhal həyata keçirmək! Bu halda market sahibi on-on beş müştəri avantajına görə bu virusun yayılmasının qarşısını qapıda nəzarəti gücləndirməklə özü alacaq.

Üçüncüsü, tibbi maskanın satış qiymətini maya dəyərinə uyğun olmasa belə, 5 qəpiyə endirmək lazım ki, məsuliyyətsiz vətəndaş üçün zərrə qədər də bəhanə yeri saxlanılmasın.

Ayrıca vətəndaş məsuliyyəti məsələsinə gəldikdə isə buna qarışmayın, çünki xəstəlik riskinə aldırmadan rayonlara kabab çəkməyə gedən insanlara nə hüququn, nə də dilimizin leksik potensialının gücü yetəcək. Bunlara koronanın təsiri də olmayacaq.

Cahilliyin əlaməti nədir? Bir növ cahil deyir ki, Allahı göstər, inanım. İkinci növ cahil də deyir ki, bir büt kimi inandığım özü elə Allahdır.

Bunlar cahillik virusu üzündən çoxdan ayrı dünyanın sakinlərinə çevrilmişlər”.

Tarix
2020.06.16 / 13:49
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla