Yuxarı

Prokurorluqdan Mikayıl Mirzənin qardaşı oğlu ilə bağlı açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prokurorluqdan Mikayıl Mirzənin qardaşı oğlu ilə bağlı açıqlama

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq mərhum xalq artisti Mikayıl Mirzənin qardaşı oğlu Mahir Mirzəliyevin qətlə yetirilməsi ilə bağlı birgə açıqlama yayıb.

Axar.az xəbər verir ki, açıqlamada bildirilib ki, martın 28-də saat 12.00 radələrində Ağsu şəhər sakini, əvvəllər məhkum olunmuş Ramiz Ələkbərov Ağsu aşırımında yerləşən "Ata yurdu" kafesində aralarında yaranmış münaqişə zəminində ov tüfəngindən atəş açaraq yeməkxananın sahibi Mahir Mirzəliyevi qətlə yetirib və ona məxsus avtomobillə ərazini tərk edib.

Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə dərhal hadisə yeri və meyit müayinə olunub, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər aparılıb.

R.Ələkbərovun yaşadığı mənzilə baxış keçirilərkən orada odlu silahla qətlə yetirilmiş meyit aşkar edilib və öldürülən şəxsin rayon sakini Sərxan Soltanov olduğu müəyyənləşdirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə R.Ələkbərova məxsus "Renault" markalı avtomobil Bakı-Şamaxı şossesinin 119-cu kilometrliyində aşkar edilib və sözügedən nəqliyyat vasitəsindən lüləsi və qundağı kəsilmiş 2 ədəd ov tüfəngi götürülüb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib.

Qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Ramiz Ələkbərovun yerinin müəyyən edilməsi və tutularaq məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.

Tarix
2015.03.29 / 18:25
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan xalqının birlik ruhunu fəxrlə yad edirik - TDT

Ölkədə dörd günlük tətil başladı

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı

Azərbaycanda Zəfər Günü qeyd olunur

Rusiya Bakıya təklif edib ki, 10-na keçən gecə… – İlk dəfə açıqlandı

Zəfər Günü parad saat neçədə başlayacaq?

Fəzail Ağamalının oğlu və 12 sədr partiyadan xaric olundu

Paşinyan bunu dedikdən sonra Əliyev tapşırıq verdi ki...

Mətbuat Şurası İlham Əliyevə məktub ünvanladı

Bu tarixdə torpaq hərracları keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla