Yuxarı

Agentlikdən həkimlərin aksiyasına münasibət

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Abşeron Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinin əməkdaşlarının keçirdikləri aksiyaya münasibət bildirib.

Axar.az xəbər verir ki, agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova Report-a açıqlamasında Abşeron Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinin əməkdaşlarının koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak etmədiklərini bildirib.

Onun sözlərinə görə, Abşeron Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsi digər çağırışlar üzrə tibbi və təxirəsalınmaz xidmət göstərib:

"Abşeron rayonu üzrə koronovirus infeksiyası ilə bağlı çağırışlara Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası gedib. Bu stansiyanın koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri tibb işçilərinə mart ayı üzrə 345 730.02, aprel ayı üzrə 390 903.33 və may ayı üzrə 348 910. 20 müddətli əlavələr ödənilib. Ümumilikdə 1 milyon 85 min 543 manat 55 qəpik ödənililib.

Nazirlər Kabinetinin qərarına əsasən müddətli əlavələr koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə şamil olunur. Agentlik tibb müəssisələrindən göndərilən siyahılara uyğun olaraq müddətli əlavələr ödəyir. Yanacaq və ambulansların vəziyyəti ilə bağlı şikayətləri TƏBİB araşdıracaq".

Məlumat üçün bildirək ki, aksiya iştirakçıları etirazlarında qızdırmalı vətəndaşların çağırışlarına getsələr də, onların maaşlarına artımların əlavə edilmədiyini, təcili tibbi yardım maşınlarının təmirini öz büdcələri hesabına etdiklərini, aparatların işlək vəziyyətdə olmadığını, benzin pulunu xəstələrin verdiyini iddia ediblər.

Tarix
2020.06.17 / 14:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla