Yuxarı

Şəhid anası polislərdən danışdı: Kimdir onlar?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəhid anası polislərdən danışdı: Kimdir onlar?

Polislərə dəstək üçün oxunan “Yaşa Azərbaycan” mahnısı sosial şəbəkələrdə və mediada geniş yayılıb. Cəmiyyətdə ziyalılar, xalq artistləri, fəal gənclər onu ifa edən gənclərə öz dəstəklərini ifadə etsə də, buna qarşı çıxanlar da olub.

İki övladı Vətən uğrunda şəhid olan Zeynəb Bayramova da Axar.az-a bu barədə danışıb. O deyib ki, videonu şəhid oğlunun övladı, nəvəsi Zeynəb ona göstərib:

“Baxdım, gənclərin belə addım atması, şəhid polisləri yad etməsi çox kövrəltdi məni. Gözəl ifa edirdilər. Bu videonu çox bəyəndim”.

Zeynəb Bayramova gəncləri tənqid edənlərə səslənib:

“Ancaq onların bu ifasını təhqir edənlər haqda da eşitdim. Şəhidlər üçün oxuyanlara toxunmaq olar? “Yaşa Azərbaycan” sözlərindən gözəl söz varmı? Hər yerdə pis də var, yaxşı da. Polisin də içində həmçinin. Onlar asayişin keşiyində dayanırlar. Əhalini təhlükələrdən qoruyurlar. Mən iki şəhid anasıyam. Mənim Aprel döyüşlərində şəhid verdiyim Vaqifim üç körpə qoyub gedib. Burda bütün polislər əzizləri kimi onların üstündə əsirlər. Polislər burda bütün şəhid ailələrinə hörmətlə yanaşırlar”.

Şəhid anası deyib ki, polislərə dəstək olmaq lazımdır:

“Polislər kimdir ki! Onlar başqa ölkədən gəlib, başqa millətdəndir? Onlar da bizim balamızdır da. Qarabağda nə qədər polis balamız şəhid düşüb… Bir dərdimiz olan kimi polisin üstünə qaçırıq. Polislər bizə kömək etmir? Polis olmasa, nələr baş verər, nələr olar? Allah qorusun bütün balalarımızı, içində də polislərimizi. Xalqın içinə, balalarımızın arasına nifaq salmaq olmaz. Şəhidlərimizin ruhu naminə, gələcəyimiz naminə, bir olmalıyıq. Bir olsaq, şəhidlərimizin də qanını alarıq, torpağımızı da qaytararıq. Azərbaycan yaşasın deyə balalarımız şəhid düşüb. “Yaşa Azərbaycan” mahnısını necə sevməmək olar?”

Tarix
2020.06.27 / 23:32
Müəllif
Turanə Məmmədli
Digər xəbərlər

Ermənistanın Kərki kəndi olacaq, amma... - Paşinyan

Azərbaycanla Türkiyə arasında sənəd imzalandı

Şahbaz Şərif Azərbaycana gəlir

Hikmət Hacıyev Əliyev-Paşinyan görüşündən danışdı

Rusiya qələbə elan edə bilməyəcək - Səbəb budur!

Coşqun Məmmədovun nişanlısı danışdı - Faciə necə baş verib?

İsraildən Türkiyəyə jest: “əl uzatdı” – Nə baş verir?

XİN azərbaycanlıların ölümü ilə bağlı məlumat yaydı

Prezident İƏT-in yeni baş katibinə təbrik ünvanladı

Köçəryanın vətəndaşı olduğu ölkələrə xəyanəti – Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla