Yuxarı

İstanbula və Bakıya biletlər yarım saata bitdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İstanbula və Bakıya biletlər yarım saata bitdi

Türk Hava Yollarının (THY) Bakı-İstanbul Bakı istiqaməti üzrə yeni açdığı reyslərinə biletlər çox qısa müddətdə satılıb qurtarıb.

Axar.az xəbər verir ki, bu barədə Fed.az-a THY-nin Bakı nümayəndəliyinin rəhbəri Seyfullah İlyas məlumat verib.

Onun sözlərinə görə, bütün biletlərin satışı üçün yarım saat kifayət edib.

Xatırladaq ki, Türk Hava Yolları 1 iyul tarixindən Bakı-İstanbul-Bakı istiqamətində həftənin çərşənbə və cümə günlərində uçuşlara başlayır.

Biletlər 27.06.2020 tarixində Bakı vaxtı ilə saat 10:00-dan www.turkishairlines.com saytından satışa açılıb.

Biletin qiyməti ekonom sinfi üçün bir tərəfə vergilər daxil tək qiymət olaraq 220 dollardır (yəni yerlər azaldıqca qiymət artmırdı). Biznes sinfində qiymət bir tərəfə vergilər daxil 920 dollardan başlayıb.

Azərbaycan Nazirlər Kabinetinin qərarına əsasən uçuşdan əvvəl 48 saat ərzində COVİD-19 testindən keçmək tələb olunur.

Tarix
2020.06.28 / 12:50
Müəllif
Axar.az
Digər xəbərlər

Vurulan gəmi Mənsimovundur – Təcili

Azərbaycana qarşı kampaniya... - AKP-çi yazdı

Azərbaycanla bir millətik, amma bir dövlət deyilik! - Kılıç

Paşinyan Musayevə görə onu işdən qovdu

Estoniya XİN başçısı Azərbaycana gəlir

Məktəblərdə hicabı qadağan edən türk ölkələri - Siyahı

Əliyevin büstünə görə erməni məhkəməyə çıxarılır

Prezident xanım səfiri qəbul etdi - Foto

Prezidentlə görüşdə Azərbaycan dilində danışdı - Foto

İsraildə bayraqlar yarıya endirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla