Yuxarı

Bakıda iş vaxtı dəyişdirilir - Qrafik

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda iş vaxtı dəyişdirilir - Qrafik

Nazirlər Kabineti Birinci Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Bakıda iş vaxtı rejiminin dəyişdirilməsi barədə sərəncam verib.

Nazirlər Kabinetindən Publika.az-a verilən məlumata görə, sərəncamda qeyd edilir ki, 2015-ci ildə Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Nəqliyyat vasitəlarinin maneəsiz və təhlükəsiz hərəkətini təmin etmək, işçi qüvvəsinin və tamaşaçıların ictimai nəqliyyat sisteminin (metro və avtobus) mövcud imkanlarından tam şəkildə istifadə etmələrinə şərait yaratmaq məqsədi ilə 2015-ci il mayın 1-dən iyulun 1-dək Bakı şəhərində fəaliyyət göstərən dövlət orqanlarında, dövlət müəssisə və təşkilatlarında çalışan işçilərin (növbəli iş vaxtı rejimi asasında və təhsil müəssisələrində işləyonlar istisna olmaqla) əmək funksiyalarını nəzərə almaqla, iş vaxtı rejimi aşağıda göstərildiyi kimi pilləli şəkildə təşkil edilməlidir:

- isçilərin 25 faizi üçün saat 8:00-dan saat 17:00-dək;
- işçilərin 25 faizi üçün saat 8:30-dan saat 17:30-dək;
- işçilərin 25 faizi üçün saat 9:00-dan saat 18:00-dək;
- işçilərin 25 faizi üçün saat 9:30-dan saat l8:30-dək;

Bakı şəhərində fəaliyyət göstərən qeyri-dövlət müəssisə və təşkilatlarında çalışan işçilərin isə (növbəli iş vaxtı rejimi əsasında və təhsil müəssisələrində işləyənlər istisna olmaqla) əmək funksiyalarını nəzərə almaqla, iş vaxtı rejiminin göstərildiyi kimi pilləli şəkildə təşkili tövsiyə edilir:

- işçilərin 50 faizi üçün saat 8:00-dan saat 17:00-dək;
- işçilərin 50 faizi üçün saat 8:30-dan saat 17:30-dək.

Sərəncama əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 24 oktyabr tarixli 342s nömrəli sərəncamının 2-ci hissəsində "iyunun 10-dan 30-dək" sözləri "mayın 1 -dən iyulun 1 -dək" sözləri ilə əvəz edilir.

Gənclər və İdman Nazirliyi, Nəqliyyat Nazirliyi Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılıb ki, bu sərancamda nəzərdə tutulmuş tədbirlərlə bağlı əhalinin 2015-ci il aprelin 1-dən etibarən kütləvi informasiya vasitələri ilə məlumatlandırılmanı təmin etsinlər. Eləcə də, Daxili İşlər Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti Bakı şəhərində avtonəqliyyat vasitələrinin qeyri-qanuni parklanma hallarının aradan qaldırılması üçün 2015-ci il aprelin 1-dən etibarən kütləvi informasiya vasitələri ilə ictimai təbliğat və məlumatlandırma işlərinin aparılmasını təmin etməlidirlər.

Tarix
2015.04.01 / 15:00
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Can Azərbaycana hücum edənlərə... - Hulusi Kılıçdan sərt sözlər

Prezident Anım Günü ilə bağlı videoçarx paylaşdı

Müdafiə naziri Zəfər abidəsini ziyarət etdi

Ordumuz hərb tarixinin ən şərəfli səhifəsini yazdı - Qafarov

Türkiyə XİN şəhidlərimizi belə yad etdi

İlham Əliyev və xanımı Zəfər parkında

Fürsət gözləyirdik, ermənilər hücuma keçdi - Politoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla