Yuxarı

Karantində toy edildiyinə görə işdən çıxarıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Karantində toy edildiyinə görə işdən çıxarıldı

Şəmkir rayonunun Xuluf kəndində kiçik toy mərasimi keçirilən kəndin icra nümayəndəsi işdən azad olunub.

Axar.az xəbər verir ki, bu badərə Oxu.az-a Şəmkir Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Xuluf kənd icra nümayəndəsi Süleyman Mikayıl oğlu Həsənov həmin hadisə ilə əlaqədar RİH başçısı yanında operativ qərargaha vaxtında məlumat vermədiyinə, zamanında təsirli tədbirlər görüb sakinlər tərəfindən epidemiya əleyhinə rejimin pozulması halının qarşısını ala bilmədiyinə, işində verdiyi nöqsanlara görə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müvafiq əmri ilə dərhal işdən azad edilib, nümayəndəliyin müavini və mühasibinə isə xidməti töhmət verilib.

Qeyd edək ki, iyunun 30-da Xuluf kəndində, evinin həyətində övladı üçün kiçik toy məclisi təşkil etməyə cəhd edən kənd sakini Əkbər Qəribov Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən cəzalandırılıb.

Ev sahibi məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib, məclisdə iştirak edən qonaqlar isə hər biri İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə 100 manat həddində cərimə ediliblər.

Tarix
2020.07.01 / 16:33
Müəllif
Axar.az
Digər xəbərlər

Onlar Azərbaycana yalvarırlar! – Vuçiç

44 günlük savaşda “əlaqələrimi” işə salmağa çalışdım...

Şövkət Mirziyayev də Azərbaycana gəldi

İlham Əliyev Serbiyanın böyük dostudur - Vuçiç

Sadır Japarov Azərbaycana gəldi

İlham Əliyev Bolqarıstan prezidenti ilə görüşdü

Budeyvi də ölkəmizə səfərə gəldi

Ticarət dövriyyəmiz indikindən 5 dəfə çox olmalıdır - Vuçiç

İlham Əliyev Aleksandr Vuçiçlə görüşdü

Mavriki prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla