Yuxarı

Axar.Az Logo carnation

ARB-nin daha 4 əməkdaşı koronaya yoluxdu - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ARB-nin daha 4 əməkdaşı koronaya yoluxdu - Açıqlama

COVİD-19 infeksiyasına qarşı qabaqlayıcı tədbirlər görülməsinə baxmayaraq, ARB24 telekanalının daha 4 əməkdaşında koronavirus aşkarlanıb.

Bunu Axar.az-a açıqlamasında ARB Media Qrupunun mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli deyib. O bildirib ki, ilk testi pozitiv çıxan 2 əməkdaşın karantin şəraitində 1 həftə saxlanıldıqdan sonra verdiyi növbəti testin nəticəsi neqativ olub və onlar artıq evə buraxılıblar:

“1 əməkdaşımız isə xəstəxana şəraitində həkim nəzarətində saxlanıldıqdan sonra evə buraxılıb, müalicəsi ev şəraitində davam etdirilir. Hazırda 1 əməkdaşımızın müalicəsi xəstəxana şəraitində davam etdirilir. O özünü yaxşı hiss edir, səhhətində ciddi ağırlaşma yoxdur”.

Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, sərt karantin rejiminin tətbiq olunmasından etibarən proqram siyasətində dəyişiklik edilib:

“Əməkdaşlar 2 qrupa bölünərək işləyir. Müvəqqəti olaraq, ARB24 telekanalında daha məhdud efir yayımına keçilib, canlı yayımların sayı azaldılıb”.

O.İrahimli onu da bildirib ki, Azərbaycanda koronavirusa ilk yoluxma halı qeydə alındıqdan sonra ARB Media Qrupunda ciddi təhlükəsizlik tədbirləri həyata keçirilir:

“Telekanalın əsas binasına, eləcə də kənardakı çəkiliş studiyalarına daxil olan bütün əməkdaşların və qonaqların hərarəti yoxlanılır. Qızdırması yüksək olanlar içəri buraxılmır, evə göndərilərək, qızdırma davamlı olduğu halda COVİD-19 testi verməsi tələb olunur. Binanın girişində, eləcə də bütün mərtəbələrdə əllərin spirtlə dezinfeksiya edilməsi üçün xüsusi qablar qoyulub. Telekanal binasındakı bütün otaqlar hər gecə ultrabənövşəyi şüa vasitəsilə dezinfeksiya edilir. Əməkdaşlarımız birmənalı olaraq şirkət daxilində və çəkilişlərdə qoruyucu maskalardan istifadə edirlər, otaqlarda sosial məsafənin qorunması ciddi nəzarətdə saxlanılır. Əməkdaşımızda virusa yoluxma ilə bağlı ilk fakt aşkarlandıqdan sonra telekanalın binasında bir neçə dəfə dezinfeksiya işləri aparılıb”.

Qeyd edək ki, kanalın koronavirusa yoluxmuş 4 əməkdaşı arasında baş redaktor müavini Aynur Nəsirova da var.

Tarix
2020.07.03 / 13:37
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Xəzər dənizinin taleyini həll etməliyik - Tokayev

Prezident Davosda "Avronyus"a müsahibə verdi - Foto

Deputat: 20 Yanvar faciəsi terrorun bariz nümunəsi idi

Onlar da Zəngəzur dəhlizinə öz pəncələrini qoydular - Poqosyan

Türkiyə XİN 20 Yanvar faciəsinin qurbanlarını yad etdi

Kürd silahlılar istifadə edildi və atıldı: hər şey bitdi - Köçəryan

Prezident Şəhidlər xiyabanını ziyarətinə dair video paylaşdı

Çin Rusiya üzərində qiymət təzyiqini artıracaq – Şərh

Kazana uçan təyyarə Bakıda eniş etdi - Səbəb

Bu, Bakının mühüm jestidir - Rubio

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla