Yuxarı

Xəbərdarlıq: bu halda ağırlaşma yaranır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xəbərdarlıq: bu halda ağırlaşma yaranır

Dərmanların satışına davamlı olaraq monitorinq nəzarəti keçirilir.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bugünkü brifinqində deyib.

"Lakin insanların evdə özünü müalicəsi tövsiyə olunmur. Bu, onlarda ağırlaşma halları yaradır və həkimlərimizin işini daha da çətinləşdirir", - o bildirib.

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı əlavə edib ki, virusa qarşı bəzi dərman preparatlarının adlarının çəkilməsi ilə vətəndaşların bu dərmanları kütləvi şəkildə alması müşahidə olundu:

"Bəzi dərmanlar var ki, vətəndaşlar onları həkim resepti ilə alıb, qəbul edə bilər. Lakin bir sıra dərmanlar xəstəxana şəraitində istifadə edildikdə belə riskli ola bilir. Hazırda xəstəxanalarımızda kifayət qədər dərman ehtiyatı mövcuddur və gətirilməsi davam edir".

O bildirib ki, evdə müalicədə istifadə olunan dərmanlar xəstələrə veriləcəkdir:

"Hökumət tərəfindən təklif və tələblər müəyyən olunub və bu iqtisamətdə işlər aparılacaqdır. Hazırda heç bir dərman qıtlığı yoxdur".

TƏBİB sədrinin sözlərinə görə, müalicə prosesinə yeni tibb müəssisəsi qoşulduqca, müəyyən problemlər yaranır:

"Xəstəxanalardakı problemlər aradan qaldırılır və monitorinqlər aparılır. Heç bir xəstənin süni tənəffüs aparatına qoşulmasında gecikmə müşahidə oluna bilməz. Gecikmiş halda xəstələr boğulma ilə xəstəxanaya daxil olur. Bu halda xəstəni süni tənəffüs aparatına qoşmadıqda, o, həyatını itirə bilər. Vətəndaşlar bu məsələyə həssas yanaşmalıdırlar".

Şahmar Mövsümov qeyd edib ki, sosial şəbəkələrdə yayılan iradlar araşdırılır və hər biri qeyd olunaraq həll ediləcəkdir.

Tarix
2020.07.03 / 18:39
Müəllif
Axar.az
Digər xəbərlər

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Can Azərbaycana hücum edənlərə... - Hulusi Kılıçdan sərt sözlər

Prezident Anım Günü ilə bağlı videoçarx paylaşdı

Müdafiə naziri Zəfər abidəsini ziyarət etdi

Ordumuz hərb tarixinin ən şərəfli səhifəsini yazdı - Qafarov

Türkiyə XİN şəhidlərimizi belə yad etdi

İlham Əliyev və xanımı Zəfər parkında

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla