Yuxarı

O məscidin açılması mümkün deyil - Mübariz Qurbanlı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Teleqraf.com-a geniş müsahibə verib.

Axar.az müsahibəni ixtisarla təqdim edir:

- Özünüz və komitə əməkdaşları infeksiyadan necə qorunur?

- Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq sosial izolasiya qaydalarına əməl edərək mən və ailə üzvlərim, eləcə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları tibbi maskadan istifadə edir, eyni zamanda, digər sanitar-gigenik qaydalara əməl edirik. Komitə əməkdaşları, eləcə də din xadimləri arasında infeksiyaya yoluxma hallarına rast gəlinməyib.

- Artıq bir sıra ölkələr məscidləri ibadət üçün açıb. Bəs Azərbaycanda məscidlərin açılması nə zamana planlaşdırılır?

- Ölkəmizdə bu il mart ayının 18-dən qapalı məkanlarda dini ayinlərin icra edilməsi Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən məhdudlaşdırılıb. Lakin Azərbaycandakı dini icmalar artıq bu vaxtadək bu məsələyə münasibətlərini bildirmişdilər. Mart ayının 5-də Qafqaz Müsəlmanları İdarəsində ölkəmizdəki bütün dini konfessiyaların rəhbərlərinin iştirakı ilə toplantı keçirildi, dini icmalara və dindarlara dini ayinləri evlərində yerinə yetirmələri ilə bağlı tövsiyə və çağırışlar edildi. Həmin dövrdən etibarən bütün ibadət evlərində, o cümlədən məscidlərdə dini ayinlərin icrası dayandırıldı.

Hazırda məscidlərdə vaxtı-vaxtında azanlar verilir. Bəzi din xadimləri tərəfindən internet vasitəsilə onlayn moizələr təşkil edilir.

Bu gün bəzi ölkələrdə koronavirus pandemiyası ilə əlaqədər bir sıra sahələrdə, o cümlədən dini ibadət yerləri ilə bağlı məhdudiyyətlər aradan qaldırılmağa başlanılıb. Azərbaycan da may ayının 11-dən xüsusi rejimin qaydalarını mülayimləşdirməyə və məhdudiyyətləri aradan qaldırmağa başlasa da, təəssüflər olsun ki, işlər istənilən kimi getmədi, COVİD-19 xəstəliyinə yoluxma halları artdığı üçün yenidən karantin qaydalarını sərtləşdirməyə qərar verildi.

Ümumiyyətlə, ibadət ocaqlarının, o cümlədən məscidlərin fəaliyyətə başlaması barədə dini icmalarla mütəxəssislərin arasında hər hansısa fikir ayrılığı yoxdur. Onların, həmçinin dindarların yekdil qənaətinə görə, koronavirus pandemiyasının yayılmasını qarşısının alınmasınadək bu məsələdə tələsgənliyə yol vermək olmaz.

- Yas mərasimlərində karantin qaydalarına riayət edilməsinin səviyyəsi necədir? Hansı bölgələrdə pozuntular müşahidə edilir?

- Nazirlər Kabineti yanında Operativ Qərargahın 13 mart 2020-ci il tarixli qərarına əsasən bir sıra kütləvi tədbirlər, o cümlədən yas mərasimlərinin keçirilməsinə məhdudiyyətlər nəzərdə tutulub. Dəfn mərasimləri istisna olmaqla yas mərasimləri, ümumiyyətlə, qadağan olunub. Bu barədə, eyni zamanda, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən müxtəlif vaxtlarda din xadimlərinə tövsiyə və tapşırıqlar verilib. Onlara yas mərasimləri və ehsan süfrələrində iştirak etməməklə, əhali arasında bu sahədə maarifləndirmə işləri aparmaları, yəni yas mərasimlərinin şəriət baxımından vacib tərəfləri haqqında izahat vermələri barədə göstəriş olub.

Aparılmış monitorinqlərə və Dövlət Komitəsinə daxil olan məlumatlara görə, ölkədə yas mərasimləri ilə bağlı qadağalara ümumən riayət olunur. İstisna hallarda yas məclislərinin keçirilməsi və ehsan süfrələrinin açılması müşahidə olunur ki, onların da əksəriyyəti bölgələrdə kənd yerlərində qeydə alınır. Təəssüf ki, belə mərasimlərdə koronavirus infeksiyasının yayılması barədə məlumatlar da yayılır.

- Uzun zamandır dəbdəbəli yas mərasimləri ictimai qınaq obyektidir. Postpandemiya dövründə yas mərasimlərinin yığcam keçirilməsi ənənəsi saxlanıla bilərmi?

- Hər şeydən öncə arzumuz odur ki, bu pandemiya dövründən dövlətimiz və xalqımız daha az itkiylə çıxsın. Pandemiya dövrünün yas mərasimlərinin təşkil qaydalarına təsiri ilə bağlı onu qeyd edək ki, bəzi rayonlarda, kəndlərdə yerli əhalinin təşəbbüsü ilə ehsan süfrələrindəki təmtəraq aradan qaldırılıb, yas günlərinin sayı azaldılıb.

Hətta yas mərasimi keçirməyib, ona sərf ediləcək vəsaitlə xeyriyyəçilik edənlər də var. Müşahidələrimizə əsasən deyə bilərik ki, bu tendensiya ildən-ilə artmaqdadır. Yəni yas mərasimlərinin sadələşməsi prosesi davam etməkdədir. İnsanlar pandemiya dövründə yas mərasimlərini təmtəraqlı keçirməyin əhəmiyyətsiz olduğunu gördülər.

- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən işğal altındakı torpaqlarımızda tarixi-dini abidələrin durumu ilə bağlı beynəlxalq təşkilatlar qarşısında hansı məsələlər qaldırılıb?

- beynəlxalq miqyasda sərgilərin keçirilməsi və kitabların yayılmasında əsas məqsəd işğal altındakı abidələrə qarşı vandalizm faktlarını dünya ictimaiyyətinin diqqətinə bir daha çatdırmaqdır. Bütün görüşlərimizdə, səfərlərimizdə indi tarixi-dini ibadətgahlarda aparılan “təmir” işlərinin əsl mahiyyətini izah etməyə çalışırıq. Necə ola bilər 30 ilə yaxındır ki, hər cür təhqir edilən, dağıdılan bu abidələrimizi birdən-birə təmir etməyə başladılar?

Burada məqsəd aydındır. Keçirdiyimiz görüşlərdə təkidlə beynəlxalq konvensiyaların norma və tələblərinə zidd olan bu özbaşınalığın dayandırılmasını tələb etmişik.

Ermənilərin işğal olunmuş Azərbaycan torpaqlarında tarixi-dini abidələrimizə qarşı saxtakarlıq və cinayət əməlləri beynəlxalq səviyyədə təsbit olunmuş “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasının və “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESKO-nun 1972-ci il Konvensiyasının tələblərinə ziddir.

Məhz bu məqamla bağlı dəfələrlə Dövlət Komitəsi tərəfindən beynəlxalq təşkilatlara müraciətlər olunub. Azərbaycan üçün həyati əhəmiyyət daşıyan bu məsələyə beynəlxalq ictimaiyyətin biganə qalmaması, işğalçı Ermənistan hakimiyyətinin işğal olunmuş Azərbaycan torpaqlarında tarixi saxtalaşdırmaq əməllərinin qarşısının alınmasında ədalətli mövqe nümayiş etdirməsinə dair gözləntilərimiz olduğunu ifadə etmişik.

Qeyd edim ki, bu gün işğal altındakı torpaqlarımızda təsbit olunan tarixi-dini abidələrin sayının 403 olduğu haqda məlumat var. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si isə ziyarətgahlardır.

- Bir müddət öncə Azərbaycandan Əfqanıstan və Suriyaya gedib müxtəlif qruplaşmalara qoşulanlar vardı. Bu axın dayanıbmı?

- Ümumiyyətlə, Azərbaycandan qeyd etdiyiniz ölkələrdəki müxtəlif silahlı qruplaşmalara qoşulanların sayı digər müsəlman ölkələri ilə müqayisədə çox az olub. Bu, hər şeydən əvvəl Azərbaycan cəmiyyətində ənənəvi dini dəyərlərin möhkəm olmasından, tolarant və multikultural mühitdən irəli gəlir.

Eyni zamanda Azərbaycanda radikal yönümlü dini qruplara qarşı dövlət səviyyəsində inzibati, ideoloji və maarifçilik vasitəsi ilə aparılan mübarizə bu yöndə öz bəhrəsini vermişdir. Xüsusilə son illərdə həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində demək olar ki, radikal dini qruplaşmalara qoşulma faktları qeydə alınmayıb.

- Sələfilərlə (vəhhabilər) bağlı narahatlıqlar aradan qalxıbmı? Ümumən “Əbu Bəkr” məscidinin taleyi necə olacaq?

- Azərbaycan dövlətinin narahatçılığı hər hansısa dindən və ya məzhəbdən deyil. Ölkədə dinindən və məzhəbindən asılı olmayaraq bütün vətəndaşların dini etiqad azadlığı dövlət təminatı altındadır. Ümumiyyətlə, radikal ekstremist dini qrupların fəaliyyətini hansısa dinə və ya məzhəbə şamil etmək doğru deyil. Bu gün dünyada, eyni zamanda Azərbaycanda bəzi dinlər və məzhəblərin nümayəndələri arasında radikal-ekstremist düşüncəli şəxslərə rast gəlmək mümkündür.

Azərbaycan dövlətinin dini radikalizm və ekstremizmə qarşı mübarizə sahəsində yürütdüyü siyasətin kökündə məhz belə şəxslərin və ya qrupların müəyyənləşdirilməsi, onlara qarşı ideoloji, siyasi və iqtisadi mübarizə aparmaq dayanır. Bunun üçün mütəmadi olaraq qanunvericilik aktları təkmilləşdirilir, maarifləndirmə sahəsində mühüm addımlar atılır. Zərurət yarandığı təqdirdə inzibati tədbirlər həyata keçirilir.

Nərimanov rayonu ərazisindəki “Cümə” (Əbu Bəkr) məscidinin yenidən fəaliyyətə başlaması məsələsi ilə bağlı bildiririk ki, Dövlət Komitəsinə daxil olan məlumatlara görə məscidin binası qəzalı vəziyyətə düşüb. Qeyd edilən şərtlər daxilində bu gün Nərimanov rayonu “Cümə” məscidinin fəaliyyətə başlaması mümkün deyil.

Tarix
2020.07.04 / 14:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

Hindistan Bakının iradlarına cavab verdi

Son vaxtlar Almaniyaya səfərlərim... - Prezident

Şolts bu mübarizəsinə görə İlham Əliyevə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla