Rusiya Azərbaycanlıları Federal Milli Mədəni
Muxtariyyətinin üzvləri Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevə müraciət ünvanlayıb.
Axar.az xəbər verir ki, bu barədə məlumat Fnnkaaz.ru saytında
yerləşdirilib.
Azərbaycanlılar İlham Əliyevdən Abbas Abbasova qarşı tədbir
görülməsini istəyiblər.
Axar.az müraciətin tam mətnini təqdim edir:
"Hörmətli İlham Heydər oğlu!
Müraciətimizin əsas səbəbi Rusiyada Azərbaycanlıların Federal
Milli-Mədəni Muxtariyyəti (AzərRos FMMM) ətrafında son zamanlar
yaranmış və təşkilatın bölünməsi ilə nəticələnəcək dramatik
vəziyyətdir. Azərbaycan vətəndaşı, Azərbaycan Respublikasının sabiq
Baş nazirin müavini Abbas Abbasov və ondan maddi cəhətdən asılı
olan tərəfdaşları Rusiya Federasiyasının "Milli-mədəni muxtariyyət
haqqında" və "Xarici agentlər haqqında" Federal Qanunları kobud
şəkildə pozaraq, "AzərRos" ictimai təşkilatına basqın edib, onu ələ
keçirməyə çalışırlar. Biz Rusiya azərbaycanlıları Azərbaycan
Respublikasının hüdudlarından kənarda yaşadığımıza baxmayaraq,
tarixi vətənimiz ilə bağlı bütün məsələlərə hər zaman böyük hörmət
və diqqətlə yanaşırıq. Biz Azərbaycan xalqının ümummilli lideri
Heydər Əliyevin vəsiyyətinə riayət edərək, Azərbaycanın milli
adət-ənənələrinin, həmçinin Rusiya və Azərbaycan xalqları arasında
dostluq və qarşılıqlı anlaşma mühitinin inkişaf etdirilməsi üçün
çalışırıq. 2013-cü ildə Azərbaycan Respublikasının vətəndaşı Abbas
Abbasov guya sizin onun himayədarı olduğunu və tərəfinizdən
Rusiyada "AzərRos"un rəhbəri vəzifəsinə təyin olunmuş adam qismində
çıxış edərək, bizi aldatdı. Azərbaycanı və Azərbaycan xalqını
Rusiyada 15 il ərzində uğurla təmsil edən ən böyük federal
təşkilatlardan biri olan "AzərRos" ona tam şəkildə inanaraq etibar
etdi.
"AzərRos" FMMM 1999-cu ildə Rusiyada təsis edilib. Fəaliyyət
göstərdiyi illər ərzində sözügedən təşkilat Rusiya Azərbaycan
icmasını gücləndirə və vahid mərkəz ətrafında birləşdirə bilib.
Lakin Abbas Abbasov verdiyi sözlərini yerinə yetirmədi. Rusiya
azərbaycanlılarının birləşdirilməsi və "AzərRos" FMMM ilə digər
Azərbaycan təşkilatları arasında qarşılıqlı anlaşma mühitinin
artırılması əvəzinə o, şəxsi məqsədləri naminə fitnəkarlıq
törədərək, təşkilatı parçalayıb və münaqişə vəziyyətinə gətirib.
Şəxsi maraqlarını rəhbər tutaraq, ictimai təşkilatı siyasi
bəyanatlar üçün platformaya çevirən A.Abbasov Rusiya
azərbaycanlılarını sizə qarşı etibarsızlıq ifadə etməyə çağırır.
Onun bütün hərəkətləri Azərbaycanda yaşayan soydaşlarımız
tərəfindən "AzərRos" FMMM-yə və bizə, bu təşkilatın üzvlərinə qarşı
nifrət yaradırdı.
Yeni rəhbərlik ilə "AzərRos" FMMM üzvlərinin dialoq qurmaq üçün
bütün cəhdləri A.Abbasovun mövqeyinə görə heç bir nəticəyə
gətirməmişdi. O, təşkilatda avtoritar idarəçilik sistemini
yaratmış, rəhbərliyin mövqeyindən fərqli mövqe tutan hamını qovmuş
və "AzərRos" FMMM-ni öz cibi üçün işləyən ictimai təşkilata
çevirmişdir. 28 fevral 2014-cü il tarixində Rusiya Federasiyası
Ədliyyə Nazirliyini aldadaraq, A.Abbasov tərəfdaşları ilə birgə
kağız üzərində "AzərRos" FMMM-nin qurultayını keçirmiş, həmin
qurultay əsnasında bütün xoşa gəlməyən və sözə baxmayan regional
təşkilatlar "AzərRos" FMMM-dən çıxarılmışdılar. 2015-ci ilin
əvvəlində tərkibində 40-dan çox təşkilatı birləşdirən Rusiyanın
Azərbaycan milli-mədəni muxtariyyətinin daxilində hazırda cəmi 4-ü
qalmışdı.
İctimai təşkilatımızın şəxsi maraq nöqteyi-nəzərindən
özəlləşdirilməsini və istifadə edilməsini daha rahat izləyə
bilmrik. Əvvəlki adını bərpa etmək, böhranı uğurla adlamaq və
"AzərRos" FMMM-i qorumaq məqsədilə 17 yanvar 2015-ci il tarixində
Rusiyadan 120-dən çox nümayəndənin iştirakı ilə təşkilatın Federal
Şura üzvləri və regional liderləri FMMM-nin ümumrusiya
növbədənkənar qurultayını keçirdik. Qurultayda muxtariyyətin son
iki il ərzində gördüyü işlər qeyri-qənaətbəxş olduğu təsdiq edildi,
nümayəndələr "AzərRos" FMMM-nin sabiq sədri Asif Məhərrəmova
etibarsızlıqlarını ifadə etdilər və A.Abbasovun başçılıq etdiyi
Ağsaqqallar Şurası ləğv olundu. Təşkilatın barışması və birləşməsi
məqsədilə nümayəndələr tərəfindən cari ilin 6 mart tarixinə qədər
qurultayın işində fasilə elan edildi. Lakin A.Abbasov ümumrusiya
azərbaycanlılar qurultayının qərarını saymayaraq və Azərbaycan
diasporunun bəzi nümayəndələrini aldadaraq, 20 fevralda tələsik
bağlı qapılar arxasında yalnız 4 regional təşkilatın iştirakı ilə
öz "qurultayını" keçirdi. Azərbaycanlıları özündən ayırıb Dağıstan
döyüşçüləri və polis arxasında gizlənərək o, "AzərRos" Federal
Şurasının digər üzvlərini o cümlədən regional və yerli milli-mədəni
təşkilatlar nümayəndələrini "qurultaya" buraxmamışdır. Öz
hərəkətləri ilə o, Rusiya azərbaycanlılarına və Azərbaycana qarşı
nifrətini bir daha təsdiq etdi.
Hörmətli İlham Heydər oğlu!
Regionda hər gün sürətlə dəyişən mürəkkəb geosiyasi vəziyyətdə,
Rusiya və ətrafında olan postsovet ölkələrinə bir sıra Qərb
ölkələri tərəfindən ciddi təzyiq göstərildiyi zaman biz, Rusiya
azərbaycanlıları, millətlərarası sülh və dözümlüyü təmin etmək üçün
çalışırıq. 2001-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyev yaşadıqları yerdən asılı olmayaraq, Azərbaycanı bütün dünya
azərbaycanlılarının Vətəni adlandırıb. 2011-ci ildə Dünya
azərbaycanlılarının III qurultayında çıxış edərək, siz bütün
azərbaycanlıları birlik, sülh və öz tarixi vətəninin milli
maraqlarını qorumasına çağırdınız. Biz həmişə Heydər Əliyevin
vəsiyyətinə riayət edirdik və edirik, və sizin bizə qarşı
qayğınızı, diqqətinizi yüksək qiymətləndiririk. Təəssüf ki,
A.Abbasov adınızdan istifadə edərək Azərbaycan icmasının
nümayəndələrini aldadır və Azərbaycan hakimiyyətinə qarşı
etibarsızlıq yaradır. Sabiq Baş nazirin müavini A.Abbasov
Azərbaycan Respublikasının vətəndaşı olduğunu nəzərə alaraq, Rusiya
Federasiyasının qanunlarını pozaraq, Rusiya ictimai təşkilatını
əlinə almağa çalışan və dağıdıcı hərəkətləri ilə Rusiyanın
Azərbaycan icmasını parçalayan Azərbaycan Respublikasının vətəndaşı
A.Abbasovla bağlı Azərbaycan Respublikasının müvafiq dövlət
orqanlarına tədbirlərin görülməsinə dair göstəriş verməyinizi
sizdən xahiş edirik".
Dərin hörmətlə,
Abdullayeva M.S., AzərRos
FMMM-in üzvü
Abdullayeva E., AzərRos FMMM-in Gənclər birliyi
Abdurəşidov Ş. "Kontinent" MMC
Əvəzov Eldəniz, Moskva vil., Lenin r-nu üzrə MMM
Ağayev Q., Moskva vilayəti üzrə RMMM
Ağamirova L., AzərRos FMMM-in Gənclər birliyi
Əlcanova A., AzərRos FMMM-in Gənclər birliyi
Əliyev Q.M. AzərRos FMMM FŞ-ın üzvü
Allahveridyev T.,
Alıyev A., şair ƏİB "Şəhriyar"
Amanov E.A., RMMM Kaluqa vilayəti
Aslan M., "Kontinetnt" MMC
Əhmədov Q.M. AzərRos FMMM-in üzvü
Əhmədov T.N.
Babayev T.E.
Bəkirova Ş., AzərRos FMMM-in Gənclər birliyi
Hacıyev T.S. ., AzərRos FMMM-in üzvü
Qəmbərov R.A. MMM İvanovo şəhəri
Qarayev İlqar "Kontinent" MMC
Həsənov E.R.
Həsənova Z., AzərRos FMMM-in Gənclər birliyi
Qasımov A., şair ƏİB "Şəhriyar"
Quliyev V., AzərRos FMMM-in Gənclər birliyi
Qurbanov D.B.
Qurbanov S.M. MMMM Luberes r-nu Moskva vil-ti
Hüseynov A., tarix elmləri doktoru, professor
Hüseynov A.İ., RMMM Yaroslav vilayəti.
Hüseynov R.İ., Ulyanovsk şəhəri
Hüseynov F.A., "Kontinetnt" MMC
Gəncəliyev N., RMMM Astraxan vilayəti
Cavadov Ş.D. RMMM Kaluq avilayəti
Cəlalov Ş.D., "Kontinent" MMC
Cəfərli X., AzərRos FMMM-in Gənclər birliyi
Cəfərov Ş., RÜAK Fondu, Moskva şəhəri.
Dövlətov A. AzərRos FMMM-in Gənclər birliyi
Zeynalov A., AzərRos FMMM-in Gənclər birliyi
Zeynalov E.İ., AzərRos FMMM-in Gənclər birliyi
İsrafilov A. N.
Qəlbiyev U.İ.
Məhərrəmov Ə.Y.
Məmmədov A.İ. Krasnoyarsk şəhəri
Məmmədov A. A.
Məmmədov V., publisist ƏİB "Şəhriyar"
Məmmədov R., AzərRos FMMM-in Gənclər birliyi
Məmmədov S., şair ƏİB "Şəhriyar"
Məmmədov E.A.
Məmmədov S.A. MMMM İvanovo şəhəri
Məcidov Y., AzərRos FMMM-in Gənclər birliyi
Mehdiyev A., jurnalist
Mustafayev V.R., RMMM Rostov vilayəti
Rəhimov R.F.
Sadıxov S.K., AzərRos FMMM-in fəxri prezidenti
Səfərov A. S.
Səfərov İ., MMMM Moskva vil-nin Şelkov r-nu
Seyidov A.R. RMMM Surqut şəhəri (XMVD)
Surxayev Z.B., MMMM Mtişi r-nu, Moskva vil-ti
Tağıyev Ş., RÜAK Fondu, Moskva şəhəri.
Xanbabayev E., RÜAK Fondu, Moskva şəhəri.
Xıdırov Y.Y., AzərRos FMMM-in vitse-prezidenti
Şamilov V., AzərRos FMMM-in Gənclər birliyi
Şamilova İ., AzərRos FMMM-in Gənclər birliyi
Yaqubov A.N. MMMM İvanovo şəhəri."