Yuxarı

Şəhid olan generalımız haqda şok faktlar - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəhid olan generalımız haqda şok faktlar - Foto

Bu gün səhər saatlarında qəhrəmanlıqla şəhid olan general-mayor Polad Həşimov təkcə zabit kimi deyil, sadə vətəndaş kimi onu tanıyanların böyük sevgisini qazanıb.

Axar.az xəbər verir ki, Polad Həşimov 1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndində anadan olub. Orta məktəbi Sumqayıt şəhərində bitirib. Əvvəlcə Azərbaycanda Ali hərbi məktəbdə, daha sonra Türkiyədə hərbi akademiyada təhsil alıb.

Şəhid generalın dostları, onu tanıyanlar sosial şəbəkədə qəhrəman zabitimiz haqda maraqlı məlumatlar paylaşıblar.

Bildirilir ki, P.Həşimov hələ 4 il əvvəl Aprel döyüşlərində xüsusi şücaət göstərib və düşmənə ağır zərbələr endirib. Həmçinin o da qeyd olunur ki, Aprel savaşındakı qəhrəmanlığına görə dövlət tərəfindən ona verilmiş evi ehtiyacı olan bir şəhid ailəsinə bağışlayıb.

Dostları P.Həşimovun hələ leytenant ikən hər kəsdən fərqləndiyini, onda gələcəyin böyük zabitinin xüsusiyyətlərinin olduğunu deyiblər.

Şəhid generalımızın dostu, tanınmış jurnalist İlham Tumas yazır:

“Əziz qardaşım, Polad! Murovdan - sən leytenant olandan qorumaq istəyirdik səni. Bilirdik ki, böyük adamsan, qeyri-adi zabitsən. Sonradan az-az görüşsək də, kimdən səni soruşdum, dedi, Həşimovdan yoxdur! Əsgərlərin səni böyük qardaşları kimi sevirdilər, zabit yoldaşların sənin üçün canını verərdilər. Həmişə gizli qalmağı sevərdin, telefon işlətməzdin, biz də səni buna görə hərdən məzəmmət edərdik. Ancaq inan, biz də həmişə səni qorumaq, hamıdan gizli saxlamaq istəyirdik. Bu gün artıq səni gizli saxlaya bilmədik... İndi səni bütün Azərbaycan tanıdı və sevdi! Arzularına çatasan, həmişə salamat qalacaq general Həşimov!”

P.Həşimovun öz şəxsi vəsaiti hesabına cəbhədə postlar tikdiyini qeyd edənlər də var. O, sağ ikən adına post olan general idi.

Deyilənə görə, P.Həşimov Bakıya ona verilən xidməti maşınla gəlirmiş. Amma şəhərə çatdıqdan sonra avtomobili Nazirliyə təhvil verir, şəxsi işlərini həll etmək üçün ictimai nəqliyyatdan istifadə edirmiş.

Keçmiş əsgərləri də Polad Həşimovun əksər zabitlərdən fərqləndiyini, onun böyük vətənpərvər, xeyirxah insan olduğunu vurğulayıblar.

Qeyd edək ki, general-mayor Polad Həşimov bu gün səhər saatlarında Tovuz rayonu istiqamətində döyüş zamanı qəhrəmancasına şəhid olub. Allah rəhmət eləsin...

Tarix
2020.07.14 / 17:22
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

Türkiyədə Azərbaycanı düşmən sayanların sayı... - Nə baş verir?

Türk fenomen Azərbaycanı qınayanları susdurdu - Video

İlham Əliyevin Formula-1-lə bağlı paylaşımı - Video

Keçmiş deputat vəzifədən azad edildi

Biz bu sistemə sadiq qalırıq - Ceyhun Bayramov

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

İlham Əliyev Məhəmməd Ben Sulayem ilə görüşdü

Əli Əsədov suriyalı nazirlə görüşdü - Foto

Prezident Bakıda mühüm forumda... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla