Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
26 Sentyabr 2020


Rəhimov daha bir gəncə vəzifə verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Gənclər və İdman naziri Azad Rəhimovun müvafiq əmri ilə İrzaquluyev Anar Əhəd oğlu Qobustan Gənclər Evinin direktoru təyin olunub.

Axar.az ANN.az-a istinadən xəbər verir ki, Anar İrzaquluyev 2016-cı ilin oktybr ayından bu təyinata qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi xidmətində baş əmək müfəttişi vəzifəsində çalışıb.

A.İrzaquluyev 1989-cu il 14 sentyabrda Bakıda anadan olub. 1996-2007-ci illərdə Nəsimi rayonu 42 saylı tam orta məktəbdə təhsil alıb. Ali təhsilini 2007-2011-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində alıb.

A.İrzaquluyev həm ictimai fəaliyyətə, həm də ilk əmək fəaliyyətinə təhsil aldığı Azərbaycan Dövlət İqtisad Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini olaraq başlayıb. Universitet illərində İRƏLİ İctimai Birliyində aktiv fəaliyyət göstərib, YAP Gənclər Birliyinin müxtəlif layihələrində çalışıb, daha sonra Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının qurulması prosesində yaxından iştirak edib və ittifaq yarandıqdan sonra iqtisadiyyat departamentinin rəhbəri kimi fəaliyyət göstərib.

2011-2012-ci illərdə Xüsusi Dövlət Mühafizə Xidmətinin nəzdində Milli Qvardiya sıralarında hərbi xidmətdə olub. 2013-2015-ci illərə Transservis MMC’də gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis olaraq Bakı və İstabul şəhərlərində çalışıb. A.İrzaquluyev yüzdən çox sosial layihə və kampaniyada iştirakçı, təlimçi və təşkilatçı kimi təmsil olunub. Əməyin mühafizəsi, əməyin təhlükəsizliyi, əmək şəraiti və digər mövzularda keçirilən elmi konfrans və seminarlarda məruzəçi kimi çıxış edib. Yeni Azərbaycan Partiyasının üzvüdür, 2019-cu ilin may ayından etibarən Binəqədi rayonu ilk ərazi təşkilatına rəhbərlik edir. Ailəlidir, 1 övladı var.

Qeyd edək ki, Qobustan Gənclər Evinin ümumi sahəsi 1102 kv metrdir və 1 may 2013-cü ildən fəaliyyət göstərir. Bu sosial xidmət müəssəsi Qobustanda olan 13 min 300 gənclə vətənpərvərlik tərbiyəsi, sağlam həyat tərzinin təbliği, ictimai həyatda iştirak, məşğulluq, asudə vaxtın səmərəli təşkili və yaradıcılıq istiqamətləri üzrə iş aparır. Qobustan Gənclər Evində internet kafe, atıcılıq klubu, 3D kino zalı, rəsm, rəqs studiyaları və kompyuter kursu mövcuddur.

5 avqust 2020-ci il tarixində Anar İrzaquluyev Qobustan Gənclər Evi kollektivinə təqdim edilib və vəzifə səlahiyyətlərinin icrasına başlayıb.

Tarix
2020.08.06 / 16:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Göygöldə evə basqın: bıçaqlananlar var

Cəbhədə son durum

DTX-nin tutduğu XİN vəzifəlilərindən - Yeni xəbər

Bakı küçələri dezinfeksiya edildi

ATU-ya yeni prorektor təyin olundu

Uşaq hansı yaşda xarici dil öyrənməlidir? – Ekspertlər

Bu gündən metronun fəaliyyəti dayandırıldı

Prezidentin ayırdığı vəsait hara xərclənəcək? - Komitə

TRT Qarabağdan növbəti filmini təqdim etdi - Video

Şagirdlər koronaya necə yoluxub? - Rəsmi

KULT
<>
Xəbər xətti
 
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla