Yuxarı

Bu çimərliklərdə sıxlıqdır: yoluxma arta bilər... - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu çimərliklərdə sıxlıqdır: yoluxma arta bilər... - Foto

Çimərliklərlə bağlı qadağanın götürülməsindən sonra dəniz sahilinə ciddi axın müşahidə olunur. Bu isə öz növbəsində yoluxma riskini artırır.

Axar.az Trend-ə istinadla xəbər verir ki, çimərliklərin istifadəyə verilməsindən sonra 1000 ASAN könüllü çimərliklərdə xidmət aparır, bununla bərabər çimərliklərlə bağlı cimerlik.az saytı istifadəyə verilib. Vətəndaşlar bu sayt vasitəsilə daha az adam olan çimərlikləri müəyyənləşdirib, həmin çimərliklərdə rahat istirahət edə bilərlər.

Qeyd edək ki, hazırda Bakıda çimərliklər qaydalara və kvotalara uyğun vətəndaşları qəbul edirlər, portalda olan çimərliklərdə eyni anda 100 mindən çox insanın istifadə edə bilməsi üçün şərait yaradılıb, təhlükəsizlik tədbirləri görülüb.

Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov şəhər ərazisində olan bütün çimərliklərdə yerində monitorinq aparıldığını deyib:

"Cimerlik.az portalında bu məlumatlar əlavə olunub və vətəndaşlar çimərliklərə üz tutmazdan əvvəl bu sayt vasitəsilə məlumatları öyrənə bilər. Bütün bu tədbirlər ilk növbədə insanların təhlükəsizliyini təmin etmək üçündür. Çimərliklərdə xüsusi arakəsmələrin gözlənilməsi üçün yerlər müəyyən edilib, lövhələr qoyulub, səsgücləndirici vasitələrlə maarifləndirmə işləri aparılır. Bir neçə gündür müşahidələrimiz narahatlığa əsas verir. Belə ki, insanlarımız portala müraciət etmədən özlərinin müəyyənləşdirdiyi çimərliklərə üz tutur. Bu da arzuolunmaz sıxlıqların yaranmasına səbəb olur. Bir daha insanlarımızdan çimərliyə getməzdən öncə portaldan həmin çimərlikdə doluluq səviyyəsinə baxmalarını xahiş edirik".

Qaydalara əməl edərək cimerlik.az portalı vasitəsilə dənizə gələnlər isə şəraitdən və dənizdən razılıqlarını bildirirlər.

"Portal vasiətsiylə çimərliyə gəldik və pulsuz olmasına baxmayaraq, burada yaradılan vəziyyət ödənişli çimərliklərdən geri qalmır. Bir daha insanları qaydalara əməl etməyə çağırıram. Əgər qaydalara əməl etsək, yumşalmalar daha tez olacaq", - Bakı şəhər sakini Sona İbrahimova bildirib.

Çimərlikdə istirahət edən şəhər sakinlərindən biri - Vəkillər Kollegiyasının üzvü, hüquqşunas Qədir Rəhimov qeyd edib ki, yumşalmalar çox gözəl addımdır:

"Dövlətin karantin rejiminin yumşaldılması istiqamətində apardığı siyasətdən razıyıq, hər şey ilk növbədə insanların təhlükəsizliyinə yönəlib. Bu gün burda bütün imkanlardan istifadə olunaraq bu şərait yaradılıb. İnsanlar da öz üzərlərinə düşən vəzifələri yerinə yetirməli, karantin rejinin tələblərinə əməl etməlidirlər".

Tarix
2020.08.09 / 14:28
Müəllif
Axar.az
Digər xəbərlər

ADY sədrindən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama

Abramyan: Müharibədəki itkilərimiz milyardlarla ölçülür

Zəngəzur dəhlizinin statusu açıqlandı

Zelenski Ərdoğanla görüşmək üçün Ankaraya gəldi

Hacıyev Zəngəzur dəhlizinin hissəsi olan yoldan video paylaşdı

Bakıda mühüm forum keçirildi

Ukraynada Azərbaycan abidələrinin mühafizəsinə başlandı

İranda yaşam mücadiləsi: Rejim pulları hara xərcləyir? - Video

Azərbaycan və Ermənistan parlament nümayəndələri görüşdü

Ağdamın ağ günləri geri qayıdır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla